QHT vergi islahatları ilə bağlı sahibkarları maarifləndirəcək

0 652
“Müvəkkil Hüquq Mərkəzi” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasına başlayıb.
İctimai Birliyin sədri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərlə bağlı maarifləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində 2019-cu ildə tətbiq olunan vergi dəyişiklikləri ilə bağlı “Sahibkarın vergi bələdçisi” adlı buklet hazırlanacaq.
Eyni zamanda vergi islahatları ilə bağlı Tərtər, Quba, Qusar və Xaçmaz rayonlarında da tədbirlər təşkil olunacaq.
Bundan başqa təşkilatın internet saytı vasitəsi ilə Vergi islahatları mövzusunda təbliğat işləri aparılacaq.

Müvəkkil Hüquq Mərkəzi ictimai birliyi

Your email address will not be published.