Mikroavtobus dəhşətli qəza törətdi-FOTOLAR

0 729

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən “Mercedes” markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişib.Daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırılıb.

Qəzada ölənlərdən birinin kimliyi məlum olub. Bu,  Musayeva Səadət Məzahir qızıdır.O Mingəçevir şəhər xəstəxanasına aparılarkən keçinib.

Your email address will not be published.