Mingəçevir məktəbində rəzalət-FOTO

0 673

Bu gün səhər səhər saat 09:20 radələrində İ.Zeynalov adına Mingəçevir şəhər 2 saylı orta məktəbdə şagirdlərdən biri hələ ki adı məlum olamyan kişi müəllim tərəfindən döyülüb.

Bunu adıçəkilən məktəbin bir neçə addımlığında yerləşən Mingəçevir Regional Qaz  idarəsinin əməkdaşları deyib.Onlar Kanal32.info saytının əlaqə nömrəsinə zəng edərək bildiriblər ki,məktəbin həyətində müəllimin şagirdi qəddarcasına döydüyünü görüblər.Bunu görən idarə əməkdaşları məktəbə gələrək direktora öz etirazlarını bildiriblər.Xoşagəlməz olaydan təəssüf hissi keçirdiyini deyən direktor Zəhra Zamanova üzürxahlıq edib.Ancaq hər kəs biabrçılığın sona yetdiyini düşündüyü bir vaxtda məktəbin bir qrup xanım müəllimi Mingəçevir Regional Qaz  idarəsinə gələrək şagirdi döyən müəllimin əməlinə etiraz edən işçiləriə qarşı kobud ifadələr səsləndiriblər.Və israrla belə bir halın olmadığını bildiriblər.Hələ bu azmış kimi “qara məni basınca,mən qaranı basım” prinsipindən çıxış edərək,həmkarlarının pis əməlini ört-basdır etmək üçün məktəbə gəlmiş Qaz idarəsinin işçiləri barəsində akt tərtib ediblər.

İdarə işçilərinin saytımıza bildirdiyinə görə,həmin müəllimlərin idarəyə göndərən məktəb direktoru olub.

Qeyd edək ki,münasibət öyrənmək üçün olayın yaşandığı məktəbin 024-27-4-70-92 nömrəli telefonuna zəng vursaq da zənglərimiz cavabsız qaldı.baxmayaraq ki,iş vaxtıdır.

Son günlər ölkəmizin ümumtəhsil məktəblərində biri-birini əvəz edən xoşagəlməz olaylar gündəmi zəbt edib.Görəsən,bu hallar Təhsil Nazirliyini az da olsa rahatsız etmirmi? Hələ ki gözləntiləri doğrulda bilməyən nazir Ceyhun Bayrmov dövlətimizin gələcəyi olan şagirdlərin sabahını fikirləşirmi(!)???

Your email address will not be published.