Fuad Abbasov Azərbaycan vətəndaşı deyil?-FOTOFAKT

0 576

Rusiya Federasiyasında həbsdə olan jurnalist Fuad Abbasovun Azərbaycan vətəndaşı olmaması haqda xəbərlər yayılsa da, bu iddia təsdiqini tapmayıb. Hətta Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iddianı təkzib edərək, F.Abbasovun Azərbaycan vətəndaşı olduğunu bildirib.

Tanınmış hüquqşünas Səməd Vəkilov mübahisələrə son qoymaq üçün Fuad Abbasovun şəxsiyyət vəsiqəsinin surətini Axar.az-a təqdim edib.

Hüquqşünas vurğulayıb ki, F.Abbasov 2014-cü ildə 3 saylı ASAN Xidmət Mərkəzində Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi əldə edib. Həmin vəsiqə 2026-cı ilədək qüvvədədir.

Qeyd edək ki, bir qədər əvvəl millət vəkili Araz Əlizadə Fuad Abbasovun Azərbaycan vətəndaşı olmadığını iddia etmişdi.

Your email address will not be published.