Təhsil müəssisələri iLə bağlı yeni RÜSUM

0 674

Milli Məclis “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb

Azbelediyye.az xəbər verir ki, qanun layihələrinə edilən dəyişikliklə özəl təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün rüsum müəyyən edilib.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Your email address will not be published.