Tibb işçilərinin peşə bayramıdır

0 625

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd edilir. Xatırladaq ki,17 iyun ölkəmizdə Səhiyyə Nazirliyin yarandığı tarixidir və bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olması da elə bu amillə bağlıdır.1918- çil ildə Xalq Cumhuryyətinin yardılmas ilə Səhiyyə tarixində yeni bir səhifə açılır.

1918 – çi il iyunun 17- də ilk dəfə Azərbaycanda Səhiyyə nazirliyi yaradilıb və bu sahə dövlətin idarəsinə keçib. Bu qərar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. İlk Səhiyyə naziri isə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Yeni müstəqillik dövründə Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 4 iyun 2001 – çi il sərəncamına əsasən hər il iyunun 17 – i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Biz də “Azərbaycan Bələdiyyəsi” qəzeti olaraq vicdanlı,öz peşəsinə sayğı ilə yanşan və sözün əsl mənasında peşəkarlıq göstərərək insanların sağlamlığının qayğısına qalan bütün tibb işçilərini ürəkdən təbrik edirik.

Your email address will not be published.