Gəncədə vətəndaşların qəbulu davam edir-FOTOLAR

0 622

 Gəncə Şəhər İcra Hakimiyyətindən Azbelediyye.az-a verilən məlumata görə, icra başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. İdarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi qəbulda, vətəndaşlar öz problemlərini dilə gətiriblər.

Müraciət edənlər arasında fərdi yaşayış evinin təmirini, torpaq sahəsinin ayrılmasını, fərdi yaşayış evinin inşası üçün maaddi yardımın göstürilməsini istəyənlər olub. Su və mavi yanacaqla təminatla bağlı problemi olanlar da yaşadıqları çətinliklər barədə şəhər rəhbərliyinə məlumat veriblər. Sakinlər arasında şəxsi problemlərinin həlli üçün müraciət edənlər də olub.

Səslənən müraciətlərin, dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində tapşırıqlar verilib.

Your email address will not be published.