İcra başçısının qohumu özünü yandırdı-ŞOK HADİSƏ-Yenilənib

0 1. 742

Xəbər verdiyimiz kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında övladını xəstəxanaya gətirən ata orada üzləşdiyi biganə münasibətə və özbaşınalığıa etiraz əlaməti olaraq özünü benzinlə yandırıb.

Hadisə yerində olan Kanal32.info və Azbelediyye.az saytlarının əməkdaşı baş vermiş faciəvi olayın bəzi təfərrüatlarını öyrənib.Məlum olub ki,özünün yandıran şəxs şəhər sakini,Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılovdu.Adıçəkilən şəxs 4 yaşlı övladı Səxavət İsmayılovu keçirdiyi sudrğa səbəbi xəstəxananın Acil şöbəsinə gətirib.Ancaq xəstəxanada tibbi personalın saymazyana və biganə münasibəti atanı narahat edib və sərgilənən davranışa etiraz edib.Bu zaman Elxan adlı həkimlə aralarında mübahisə yaranıb.Ardınca isə xəstəxananın mühafizəçiləri ona zor tətbiq ediblər.Bu zaman üzləşdiyi vəziyyətdən ağır sarsıntı keçirən keçmiş döyüşçü İmamverdi İsmaylılov üzərinə benzin tökərək özünə qəsd edib.Onu söndürməyə çalışan atası Səxavət İsmayılov da müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hazırda reanimasiya şöbəsində olan İmamverdi İsmayılovun vəziyyəti ağırdır.Onun bədəninin 60 faizinin yandığı bildirirlir.

Yaxınlarının bildirdiyinə görə,özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciətlər etsə də düzgün müayinə-müalicə aparmayıblar və onu sadəcə yola veriblər.Xəstəxana rəhbərliyinin yaratdığı “idarəetmə”dən cana yığılan İmamveridi ötən gecə saat 23:27-də özünün Feyzbuk səhifəsində status yazıb.

Qeyd edək ki,xəstəxanadakı özbaşınalıqlara dözməyərək özünü yandıran Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılov Xəstəxananın direktoru Könül Ələkbərovun qanunsuz əməllərinə göz yuman Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yaxın qohumudur.

*****

Mingəçevirdə övladını xəstəxanaya gətirən ata orada üzləşdiyi münasibət ucbatından etiraz əlaməti olaraq üzərinə benzin tökərək özünü yandırıb.

 Kanal32.info xəbər verir ki,hadisə iyunun 27-i axşam saatlarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Əldə etdiyimiz ilkin məlumata görə,qıcolma (epilepsiya)xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağına yardım göstərilməməsinə dözə bilməyib və Elxan həkimlə aralarında mübahisə olub.Bu zaman xəstə uşağın atası mühafizəçilərin kobud davranışı ilə də üzləşib.O yaşanan vəziyyətdən ciddi psixoloji sarsıntı keçirib və nəticədə Acil şöbəsinin qarşısında müşahidə kameralarının altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin real səbəbləri və şəxsin kimliyi barədə xəstəxana hələ ki məlumat vermir.Bəzi media orqanlar isə baş vermiş hadisə haqqında düzgün məlumat yaymır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki,xoşagəlməz hadisənin dəqiqləşdirlmiş təfərrüatlarını yaxın saatlarda oxucuların diqqətinə çatdıracağıq.

Your email address will not be published.