Mingəçevirdəki İES-də yenə yanğın olub-VİDEO

0 702

Kanal32.info xəbər verir ki,iyunun 29-u səhər saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorlarının birində yanğın olub.

Yanğın hadisəsi baş verəndən bir neçə dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevirdəki yanğınsödürmə briqadası əraziyə gəlib.Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün çağırış elan olunub.Əraziyə gələn briqada qısa müddətdə yanğını söndürməyə nail olub.Hazırda hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün müvafiq qaydada araşıdırma aparılır.

Publicada por Fizuli Ehmedov en Sábado, 29 de junio de 2019

Your email address will not be published.