Mingəçevirdə elmi-praktiki konfrans keçirilib-FOTO

0 625

Azbelediyye.az  xəbər verir ki, Mingəçevirdə “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans ikeçirilib.

Baş tutan tədbirə 20 rayon və şəhərdən 200-dən artıq həkim, həmçinin Moskva, Bakı və Gəncədən tibb sahəsi üzrə elm adamları qatılıb.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Şükür Eyvazov İTS-nın Azərbaycan modeli barədə iştirakçılara məlumat verib.Onun sözlərinə görə, sistemin gələn ilin yanvarından ölkə üzrə tətbiqi dövlətin səhiyyə yükünün və əhali arasında ölüm hallarının azaldılmasına gətirib çıxaracaq.

Pilot layihə həyata keçirilən Mingəçevirdə, eyni zamanda Yevlax və Ağdaşdakı vəziyyətdən danışan Ş.Eyvazov bildirib ki,  İTS-ın tətbiqi zamanı işləməyənlərin də tibbi xidmətlərə əlçatanlığı gerçəkləşib.Ailə həkimi institutu yaradıldığından həkim-xəstə münasibətləri daha sivil formada öz təzahürünü tapıb.Hətta həkimlər arasında sağlam rəqabət formalaşıb.

Dövlət Agentliyinin nümayəndəsi Şükür Eyvazov onu da vurğulayıb ki,Türkiyədə insanlar gəlirlərinin 12 faizini, Almaniyada 34 faizini tibbi sığortaya ayırırlar. Azərbaycanda bu rəqəm böyük deyil. Yanvar ayından işəgötürənlər 2% və işçi də 2% əmək haqqından ödəməklə həyatlarını sığorta etdirə biləcəklər. Digər kateqoriyadan olan insanlar üçün bu məbləğ il ərzində cəmi 120 manat təşkil edir. Sosial təminatı zəif olanların isə sığorta haqqını dövlət ödəyəcək.

Konfransda Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının direktoru Könül Ələkbərov icbari tibbi sığortanın tətbiqi barədə məruzə edib. O, bildirib ki, çevik idarəetmənin və tibbi innovasiyaların tətbiqi nəticəsində kadrlar və şöbələr yeni struktura uyğun formalaşdırılıb, çarpayı fondu normativlərə uyğun müəyyənləşdirilib.

Xəstəxana direktoru onu da diqqətə çatdırdı ki, bu gün tibb ocağının ən böyük problemi havalandırma sisteminin qurulmamasıdır.Digər bir problem kimi isə Mingəçevir sakinlərinin xəstəxana ilə bağlı müraciətlərini önə çəkib.Sitat:“Təcili yardıma ehtiyac olmur, amma çağırırlar. Bu da daha kritik həddə olan xəstəyə köməyin bir qədər yubadılmasına gətirib çıxarır. İndi ehtiyacı olan da, olmayan da gəlir ki, mən aparatdan müayinədən keçməliyəm. MRT müayinəsindən 2016-cı ildə cəmi 522 nəfər,  2018-ci ildə isə 4693 nəfər keçib. Bu isə iş yükünün qat-qat artmasına gətirib çıxarıb”.

Rusiyadan gələn Tibb elmləri doktoru professor Yevgeni Gelfgad “Kəskin ürək infarktı: icbari tibbi sığorta sistemində tibbi yardımın təşkili” barədə təqdimatla çıxış edib. Əvvəllər Bakıda işləmiş professor  Azərbaycanda hələ sovet dövründə ürək problemləri instititunun fəaliyyət göstərdiyini yada salıb: “Onun açılışına Heydər Əliyev də gəlmişdi. İnstitutun regionlarda mərkəzləri fəaliyyət göstərirdi. Yəni ürək problemi yaşayan hər kəsi paytaxta çatdırmağa ehtiyac qalmırdı. Ümumiyyətlə, xəstəyə yardımın vaxtında göstərilməsi əsas şərtdir. Bəzən xəstə əldən gedir, qohum-əqrəba yığışır başına, amma heç kim 103-ə zəng vurub həkim çağırmır, ya da ilkin yardım göstərmir. Eyni zamanda xəstənin peşəkar həkimin əlinə düşməsi və tibbi sığortası vacibdir”.

Your email address will not be published.