Kəlbəcər rayon İcra Hakimiyyəti ilkə imza atdı-FOTO

0 804

Kəlbəcər rayon İcra Hakimiyyəti aparatı üçün alınacaq xidməti avtomobil problemi öz həllini tapıb.

Belə ki, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan 2019-cu il buraxılışlı “Khazar Peugeot”markalı sedan tipli minik avtomobili ötən gün alınaraq Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının xidməti istifadəsinə verilib.

Kəlbəcər rayon İcra Hakimiyyəti bu gün yenidən məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov deyib ki, artıq xidməti avtomobil alınıb:

“Kəlbəcər Rayon İcra Hakimiyyətində avtomobil məsələsi öz həllini tapıb. Azərbaycan istehsalı olan 2019-cu il buraxılışlı “Khazar” markalı avtomobil rayon İcra Hakimiyyətinin istifadəsinə verilib. Maşın alınıb və rayon İcra Hakimiyyətinin qarşısında saxlanılıb”.

İcra Hakimiyyətindən bildirilib ki, 250 minlik avtomobil elanı ilə bağlı iddialar qərəzlidir.

“Çünki Maliyyə Nazirliyi də açıqlama verdi ki, büdcədə Kəlbəcər Rayonu İcra Hakimiyyətinə avtomobil alınması üçün 55 min manat vəsait nəzərdə tutulub. Biz 250 min manatlıq maşın almaq istəmirdik, ayrılan qiymətə ikinci əl maşın almaqla bağlı elan vermişdik. Elə bir maşın tapılmadığı üçün yerli istehsalımız olan “Khazar Peugeot” markalı avtomobil aldıq.

 

Kasnal32.info  həmin avtomobilin görüntülərini təqdim edir:

Your email address will not be published.