Sədərək Yusifin qanunsuz addımına niyə göz yumulur?-FOTOLAR

0 796

Xəbər veriyimiz kimi 117 nəfər Mingəçevir sakini Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz tikililərlə bağlı Prezident İlham Əliyevə ,o cümlədən də Azbelediyye.azKanal32.info saytlarına müraciət məktubu da ünvanlamışdı.

Hər kəs problemə müvafiq qurumların müdxilə edib,mövcud vəziyyəti yerindəcə araşdırmaq üçün addımlar atacağını gözləyirdi.Ancaq yazı dərc olunan 11 iyun 2019-cu il tarixdən bu günə kimi heç bir addım atılmayıb.Baxmayaraq ki,redaksiya olaraq bununla bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına və 8 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə rəsmi sorğu məktubu ünavanlamışıq.

Ancaq hələ bu qurumlardan xəbər yoxdur.Əksinə,yeni məlumat da ortaya çıxıb.Belə ki,Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı bir az da irəli gedərək “Sədərək Yusif”ə əlavə olaraq 1000 kv metr əlavə tikinti yeri verib.Bunu ötən həfətə  qorxa-qorxa əraziyə gələn 8 saylı Ekologiya və Təbii Srəvətlər şöbəsinin nümayəndələri də təsdiqləyib.

Ərazidə yaranmış biabrıçı vəziyyətlə bağlı rəsmi mövqe öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinə iyunun 24-də və iyulun 1-də ən azı on dəfə zəng etmişik.Müxtəlif iş saatlarında Ətraf mühitin mühafizəsi departamentinə,Ümumi şöbəyə və digər şöbələrə etdiyimiz zənglərə cavab verən olmayıb.Yalnız İctimaiyyətlə əlaqələr şöbəsindəki xanım iki dəfə  telefon zəngimizə cavab verib.Və bildirib ki,aidiyyatı departamentin rəhbərliyi sizinlə əlaqə saxlayacaq.Amma,hələ də səsləri gəlmir…

Etdiyimiz zəngləri təsdiq edən fotoları təqdim edirik:

       

Bu zaman suallar yaranır:Bəlkə Ekologiya və Təbii Sərvətlər nazirliyi və Mingəçevir şəhər İcra hakimiyyəti “Sədərək Yusif”in yanında “gözükölgəli”dir, yoxsa onun pulları qarşısında aciz qalıblar?

Hazırda Mingəçevir şəhər İcra hakimiyyətinin və Baş memar Etbar Abdullayevin sayəsində  tikinti normativlərini kobud şəkildə pozan “İnci” və “Liman” kafeləri 170 metrlik ərazini demək olar ki,tam tutub və biçarə mingəçevirlilər nə Kür çaynı görə bilir,nə də onun havasını uda bilir.

Şəkildən də gördüyünüz kimi sahibkar heç nədən çəkinmədən,heç bir qanunun tələblərinə məhəl qoymadan suyun içərsində tikintini davam etdirir.Özü də Mingəçevir rəhbərliyinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin gözləri qarşısında qarşısında…

Onu da qeyd edək ki,tanınmış iş adamı(amma,onun qanunları tanıması sual doğurur) Yusif Qədimovun (“Sədərək Yusif”in).Kürün sağ sahilində gözəl və dəbdəbəli otel tikdirən iş adamının bu şəhərə investisiya yatırması müsbət haldır.Ancaq ictimai maraqları qorumaq və qanunların aliliyinə hörmət etmək şərti ilə.Görünən isə budur ki,yerli icra orqanlarının yaratığı “münbit şərait”dən yararlanan “Liman”kafesinin sahibi,o cümlədən də Yusif Qədimov biznes maraqlarını ümumvətəndaş hüquqlarından daha üstün tutub.Əgər belə olmasaydı,nə “Ağsaray”otelin yerləşdiyi sağ sahildəki gəzinit zolağı,nə də sol sahildəki gəzinti zolağında və çayın içində tikdirdiyi “İnci”kafesi insanların istirahət hüququnu pozmazdı.

Mingəçevirlilər bir daha ölkə başçısı İlham Əliyevə müraciət edərək,yaradılmış problemə tezliklə müdaxilə etməsini xahiş edirlər.

Mövcud problemlə bağlı yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az

Your email address will not be published.