Kürün “işğalı” ilə bağlı rəsmi açıqlama,yoxsa RƏZALƏT?

0 891

Xəbər veriyimiz kimi 117 nəfər Mingəçevir sakininin Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz tikililərlə bağlı Prezident İlham Əliyevə ,o cümlədən Azbelediyye.az və Kanal32.info saytlarına müraciət məktubu daxil olub.

11 iyun və 02 iyul 2019-cu il tarixlərdə bununla bağlı hər iki saytda geniş məqalə dərc olunub.Mövcud problem və qanun pozuntusu foto-faktlarla aidiyyatı qurumların diqqətinə çatdırılıb.Həmçinin,redaksiyamız tərəfindən 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə,o cümlədən Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndərilib.

Artıq iyulun 3-də redaksiyamızın sorğusuna həm Mingəçevir Şəhər İcra Hakimiyyəti,həm də Ekologiya və Təbii Sərvətlər nazirliyinin 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi rəsmi cavab göndərib.

Əslində isə Mingəçevir Şəhər İcra Hakimiyyəti verdiyi cavabla özlərinin qanunsuz addımlarını təsdiqləmiş olub.Adıçəkilən qurum mövcud problemə aydınlıq gətirmək əvəzinə olduqca primitiv məzmunlu məktubunda hazırda fəaliyyətdə olan obyektlərin tikintisi üçün sərəncamın 2014-cü ildə verildiyini yazıblar.Bununla da bu qanunsuz tikintinin məsuliyyətini əvvəlki icra başçısı Niyazi Bayramovun üzərinə yönəldiblər.Amma,nədənsə indiki İcra başçısı İlham İsmayılovun 02.05.2019-cu il tarixli 55 nömrəli sərəncamını gizlədərək rəsmi cavablarında bu haqda bir cümlə belə yazmayıblar.8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi isə bizə göndərdiyi rəsmi məktubla onların əməllərini faş edib.Hər iki məktubu təqdim edirik:

Məktubdan da göründüyü kimi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ərazidə inşaatın(əslində Kürün “işğal”olunmasının) dayandırılması ilə bağlı “Məcburi göstəriş”vermişdir.Ancaq nə yazıqlar ki,bir çox hallaqrda olduğu kimi burada da qanunlarımız ayaqlar altına atılıb.Bu gün qanunsuz tikinti aparılan ərazidə olan əməkdaşımızın üzləşdiyi mənzərə bunu deməyə əsas verir.Çünki suyun zəbt olunmuş 1000 kv.m.-lik hissəsində tikinti işləri davam edir….Real mənzərəni əks etdirən fotolara diqqətlə baxın:

Ərazidə çalışan fəhlərdən aldığımız məlumata görə,onlara rəhbərliyi tikinti “prorab”ının oğlu Bəhruz adlı şəxs edir.O da məlum olmayan səbəblərdən təcili Bakıya gedib və iyulun 4-ü axşam saatlarda Mingəçevirə gəlməlidr.

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə telefon əlaqəsi yaradan əməkdaşımıza bildirilib ki,onlar vəziyyətlə bağlı aidiyyatı üzrə nazirin adına məruzə yollayıblar.Şöbə rəisinin müavini onu da deyib ki,ərazidə tikintinin aparılmasından xəbərsizdirlər və müfəttişləri oraya göndərib inzibati qaydada akt tərtib edərək “DEKA”şirkətini cərimələyəcəklər.Söküntünün aparılması isə onların səlahiyyətləri çərçivəsində deyil.

Onu da diqqətə çatdııraq ki,əldə etdiyimiz məlumata görə,Kür çayını “işğal”edən “DEKA”şirkəti Sədərək Yusifə məxsusdur və ya onun yaxınlarının adına sənədləşdirlib.

Görəsən,digər aidiyyatı qurumlar niyə “ağzlarına su alıblar”?

130 min əhalinin yaşamaq hüququnu pozanlar kimdən və ya nədən qorxular?

Yoxsa,bu biabırçılığa Cənab Prezidentin birbaşa müdaxilə etməsinimi gözləyirlər???

Qeyd edək ki,yazıda adıkeçən bütün qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az

 

 

Your email address will not be published.