Ağdaş xəstəxanasında daha bir biabırçılıq-FOTOLAR

0 650

Azbelediyye.az xəbər verir ki,Acil şöbəsinin növbətçi həkimi Fatimə Şıxəliyeva iş vaxtı yerində olmayıb və yaralıya yardım göstərməkdən imtina edib.

Ağdaş rayon sakini 1949-cu il təvəllüdlü Abdullayeva Xumarə Qərib qızının başına iş gəlib.Belə ki,o şəxsi təsərrüfatında işləyərkən əlindən ağır xəsarət alıb və barmağı kəsilib.Ailə üzvləri onu dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırıblar.Ancaq burada xoşagəlməz halla üzləşiblər.Saat 16 radələri olsa da,Acil şöbəsinin növbətçi həkimi Fatimə Şıxəliyeva yerində olmayıb.Bildirilib ki,bəs həkimin bir az işləri var.Yəqin bir azdan qayıdacaq.Bəli,düz eştidiniz.Təcili yardım həkimi xidməti işini buraxıb,şəxsi işlərinin ardınca gedib.Ölkə səhiyyəsinin acı və faciəvi reallığı…

Yaralının barmağında güclü qanaxmanın olması və barmağın üzülmə həddində çatması təcili cərrahi müdaxiləni qaçılmaz edib. Xəsarətin ağırlıq dərəcəsinə görə yardım etmək  isə tibb bacılarının imkanları xaricində olduğundan mütləq həkim müdaxiləsinin olması bildirilib.Bir müddət sonra şəxsi işinin ardınca gedən həkim-cərrah Fatimə Şıxəliyeva Acil şöbəsinə gəlib.Xəsarət alan Abdullayeva Xumarənin durumuna baxan həkim deyib ki,mən onun barmaığna baxa bilmərəm.Ürəyim pis olur.Sabah başqa cərrah gəlib əməliyyat edər.Ən acınacaqlı hal isə odur ki,həkim heç bir gigiyenik tələbləri yerinə yetirmədən sadəcə barmağın qanını silərək bintlə sarıyıb.

Bütün bunlar barədə Azbelediyye.az saytına Abdullayeva Xumarənin oğlu Anar Abdullayev məlumat verib.Onun sözlərinə görə,bir gün sonra anasının barmağına cərrahi müdaxilə edilib.Vəziyyəti isə hələ ki,kafidir.Həkimlər gözləyir ki,əgər barmaqda qaralma baş versə,onu amputasiya etsinlər.Xəsarət alan Abdullayeva Xumarənin oğlu onu da bildirib ki,anasının barmağının amputasiya təhlükəsi ilə üz-üzə qalmasının günhakarı həmin gün növbədə olan həkim-cərrah Fatimə Şıxəliyeva və yartımaz tibbi xidmət sistemi quran Ağdaş rayon Mərkəzi Xəstəxanasının direktoru Nuru Nuruyevdir.

Azbelediyye.az

P.S.Saytımızı izləməkdə davam edin.Yaxın günlərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında və şəhərin mərkəzində fəaliyyət göstərən Ailə Sağlamlıq Məkrkəzindəki acınacaqlı vəziyyətlə bağlı video yayımlayacağıq.

Your email address will not be published.