Prezident gözlənilmədən Müdafiə nazirini itələdi-VİDEO

0 657

Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilər üçün eksperimentlər modullara baxış keçirən zaman müdafiə naziri Stepan Poltorakı itələyib.

Axar.az xəbər verir ki, dövlət başçısı Baş Qərargah rəhbəri Ruslan Xomçak, prezident administrasının rəhbərinin müavini Ruslan Ryaboşapko və digər bir kişi ilə söhbət zamanı anidən çevrilir və yaxınlaşmaqda olan Poltorakı kənara itələyir.

Təəccüblüsü odur ki, hadisədən öncə Zelenski müdafiə nazirinin hesabatını dinləyərkən gülümsəməkdə idi. Yəni nazir və prezident arasında öncədən hər hansı narazılıq yaranmamışdı.

Məsələyə münasibət bildirən R.Ryaboşapko vurğulayıb ki, Zelenski naziri itələməyib, onun sadəcə kənara durmasını istəyib.

Your email address will not be published.