Ermənilər pulemyot və snayperləri işə saldı

0 496

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

Azbelediyye.az-ın  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Şuraabad, Acarlı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Your email address will not be published.