İcra başçısı jurnalistlərlə görüşdü-FOTO

0 585

Milli Mətbuat Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yerli media nümayəndələri ilə görüş keçirib.

Görüşdən öncə jurnalistlər görkəmli dövlət xadimi H.Əliyevin heykəli önünə tər çiçəklər düzüblər.Daha sonra tədbir şəhər İcra Hakimiyyətində davam edib.Tədbiri giriş sözü ilə açan  icra başçısı İlham İsmayılov media nümayəndələrini peşə bayramı münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Azərbaycan mətbuatının keçdiyi 144 illik şanlı həyat yoluna nəzər salan İcra Hakimiyyətinin başçısı Ümummilli Liderin və onun davamçısı Prezident İlham Əliyevin KİV-in inkişafına göstərdikləri xüsusi diqqətdən danışıb.O həmçinin bildirib ki,mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm sahibləri milli-ictimai fikir tariximizin formalaşması üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.

İcra başçısı onu da vurğulayıb ki,mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən  geniş miqyasda davam etdirilir.Dövlət proqramı çərçivəsində KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

O cümlədən, şəhərdə aparılan quruculuq-abadlıq işlərindən söz açan şəhər rəhbəri  onu da qeyd edib ki, gördüyümüz işlər mətbuatda vaxtlı-vaxtında işıqlandırılır:”Bu baxımdan yeniavaz.com saytının əməkdaşı Esmira Hidayətovanın fəaliyyətini  yüksək qiymətləndirirəm.Düzdür, problemdən yazmaq bizə xəbərdarlıqdır. Biz görmədiklərimizi sizlər görürsünüz. Bütün yazarlara öz təşəkkürlərimi bildirirəm.Mən təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu böyüklükdə şəhərin televiziyası yoxdur. Bununla bağlı danışıqlar aparılıb, ola bilər ki, şəhər televiziyasının bərpası mümkün oldu”.

Daha sonra  ”Mingəçevir işıqları” qəzetinin baş redaktoru  Fərman Nəbiyev,  ”Bənövşə” jurnalnın redaktoru İsmayıl İmanzadə,“Mingəçevir“ qəzetinin baş redaktoru  Mirsədi Daşdəmirov, ”yeniavaz.com” saytının bölgə müxbiri Esmira Hidayətova,  bölgə müxbiri Yusif Ələkbərov və başqa jurnalistlər çıxış edərək milli mətbuatın yaranma tarixindən, milli mətbuatın qazandığı naliyyətlərdən,qəzetlərin abunəsində yaranan problemlərdən söz açıblar.O cümlədən Mingəçevir şəhərinin gələcək inkişafı ilə bağlı maraqlı ve effektiv təkliflər irəli sürüblər.

Görüşün sonunda xatirə şəkili çəkdirilib və süfrə arxasında müzakirələr davam etdirilib.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.