Zərərçəkmişlər prezidentdən kömək istəyir-Çünki məhkəməyə inanmırlar

0 541

Xəbər verdiyimiz kimi “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun  qanunsuz əməllərindən zərəçəkən 15 ailə Prezident İlham Əliyevə müraciət ediblər.

Bununla bağlı 21 iyul 20019-cu il tarixdə saytımızdaİsfəndiyar Axundovla bağlı qalmaqal davam edir”başlıqlı məqalə də dərc olunub.

23 iyul 2019-cu il saat 10:00-da isə İsfəndiyar Axundovun Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi şikayətə zərərçəkmişlərin iştirakı ilə Ali Məhkəmənin hakimi Vəfaddin İbayev tərəfindən baxılıb.Lakin məhkəmə ciddi bir hüquqi əsas olmadan qərarı elan etməyi saat 15:00-a kimi təxirə salıb.Baxmayraq ki, bu günə kimi bütün hüquqi prosedurlar yerinə yetirilib və müvafiq sənədlərin hamısı məhkəməyə təqdim edilib.Problemin həlli üçün fəaliyyət göstərən müvafiq qurumların hər birinin apardığı araşdırmanın nəticələrinin təsbit olunduğu sənədlər hazırlanıb.Ancaq Ali Məhkəmənin hakimi Vəfaddin İbayevin qərarı elan etməsinin təxirə salınması zərərçəkmişlərdə bir sıra şübhələr oyadıb və narahatlıq yaradıb.

Redakisiyamızın qaynar xəttinə zəng vuran zərərçəkmiş şəxs,iddiaçı Müzəffər Məmmədlinin sözlərinə görə,Dövlət başçısı hörmətli Prezident İlham Əliyevin bütün zərərçəkmişləri  bu sıxıntılardan qurtarmaq üçün şəxsi göstərişi ilə 17 dövlət qurum və təşkilatını bu problemin həllinə yönəldilib.O cümlədən,bu problemin həllini təmin etmək məqsədi ilə Respublika Prokurorluğunun xüsusi sənədlərində hüquqi tələblər öz təsdiqini tapıb.İddiaçı onu da bildirib ki,bu gün Azərbaycan məhkəmələrinin real vəziyyətini nəzərə alaraq,qərarın onların əleyhinə çıxarılacağından ciddi narahtdırlar və Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayevlə görüşmək istəyirlər.Zərərçəkmişlər hesab edir ki,əgər hörmətli Ramiz Rzayev onları qəbul etsə və işin mahiyyətindən tam məlumatlı olsa,onların haqqı tapdanmayacaq.

15 nəfər zərəçəkmiş ailə bir daha mətbuat vasitəsi ilə ölkə başçısı Cənab İlham Əliyevə müraciət edərək,onların işini nəzarətə götürməsini xahiş edirlər.

Onu da qeyd edək ki,əməkdaşımız yaranmış mövcud problemlə bağlı Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli ilə telefon əlaqəsi saxlayıb.Saytımıza açıqlama verən Mətbuat xidmətinin rəhbəri bildirib ki,kimliyindən asılı olmayaraq bütün zərərçəkmişlərin hüquqları qanunun aliliyi çərçivəsində ədalətlə qorunacaq.Məhkəmə üçün qanun şahdır.

Məhkəmənin təxirə salınması ilə bağlı məsələyə də  münasibət bildirən Mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli deyib ki,məhkəmə qərar qəbul etməkdə müstəqildir və kimsə onun qərarlarına təsir edə bilməz.Yəqin ki,Ali Məhkəmənin hakimi Vəfaddin İbayev ədalətli və qanuna söykənən qərar çıxaracaq.O ki,qaldı zərərçəkmişlərin Ali Məhkəmənin sədri ilə görüşmək istəməsinə,bununla bağlı problem yoxdur.Onlar qəbul şöbəsinə müraciət etsinlər.

Kanal32.info

Your email address will not be published.