“Qafqaz pələngi”nin təqdimatı oldu-FOTOLAR

0 598

   Kanal32.info-nun məlumatına görə,Mingəçevir şəhərində  Mahir Qurbanovun ilk ekran işi olan “Qafqaz pələngi” filminin təqdimatı olub.

Tədbirin aparıcısı, ARB-Aran televizyasının əməkdaşı Zamik Hacıyev ekran əsərinin müəllifi  M.Qurbanovun həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib. Bildirib ki,Mingəçevirdə doğulub,boya-başa çatan bu gənc 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetində oxuyub.Daha sonra isə 2013-cü ildə Barselona  Universitetinin siyasi təhlil ixtisası üzrə magistr təhsili alıb.Latın Amerikası ölkələrində  nəşr olunan bir sıra KİV-lərdə Azərbaycanla bağlı məqalələr yazıb.Həmçinin,Xocalı faciəsinin tanıdılması istiqamətində fəallıq göstərib.Özünü kino sahəsində sınamağı qarşısına məqsəd qoyan Mahir Qurbanov maraqlı bir layihəyə imza atıb.Belə ki, o, özünün ssenari müəllifi,rejissoru və baş rolunun ifaçısı olduğu “Qafqaz pələngi” filminin çəkilişini başa çatdırıb.Aparıcının çıxışından sonra filmə baxış keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mahir Əliyev,filimdə rol almış idmançı Mehman Məlikov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Kanal32.info saytının Baş redaktoru İnqilab Şirinbəyli,Azbelediyye.az saytının xüsusi müxbiri İxtiyar Həsənli, ekoloq Çingiz Nəzərov, sahibkar Elnur Allahverdiyev ,Mahirin atası Tahir Qurbanov filmlə bağlı öz fikilərini bölüşüblər.Qeyd olunub ki,ilk ekran işi olduğundan süjet xəttində,aktyor oyununda bəzi qüsurlar olsa da,filim estetik planda uğurlu alınıb.Çıxış edənlər  təkliflərini səsləndirməklə yanaşı,Mahir Qurbanova gələcəkdə daha böyük yaradıcılıq uğurları azrualyıblar.

Sonda M.Qurbanov bütün iştirakçılara və bu ekran işinin ərsəyə gəlməsində əziyyəti keçən şəxslərə öz minnətdarlığını ifadə edib.O bildirib ki,bir sıra maraqlı məqamlarla  diqqət çəkən film həvəskar insanların dəstəyi və minimal büdcə hesabına Bakıda və Mingəçevir şəhərlərində çəklilb.Müəllif onu da vurğulayıb ki,filmin bundan sonra Bakıda, İspaniyada və Kolumbiyada da nümayişi planlaşdırır.Ekran işi ispan dilinə dublyaj olunmaqla bərabər,yaxın gələcəkdə  rus, ingilis və yəhudu dillərinə də  tərcümə olunacaq.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.