Kürün”işğalı”na hələ də göz yumulur-FOTOLAR

0 389

Mingəçevir şəhər İcra Hakimiyyətinin həm əvvəlki,həm də indiki başçısı Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsini “Sədərk Yusif”in “DEKA” şirkətinə satıb.

Xəbər veriyimiz kimi 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə başçısı Cənab İlham Əliyevə ,o cümlədən Azbelediyye.az və Kanal32.info saytlarına müraciət məktubu ünvanlanıb.

04 iyun,11 iyun,02 iyul,04 iyul və 16 iyul 2019-cu il tarixlərində ərazidə yaranmış acınacaqlı vəziyyətlə bağlı hər iki saytda geniş məqalələr dərc olunub.Mövcud problem və qanun pozuntusu foto-faktlarla aidiyyatı qurumların diqqətinə çatdırılıb.Həmçinin,redaksiyamız tərəfindən 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə,o cümlədən Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndərilib.Bundan sonra yalnız 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi qanun pozuntusuna üç dəfə müdaxilə edib.Sonucu dəfə isə adıçəkilən şöbənin rəis müavini Samir Abdullayev və Baş müfəttiş əməkdaşımızın iştirakı ilə Kür çayının yatağında tikilimiş “İnci”kafesində olmuş və məhz bu kafenin sahibinə məxsus olduğu bildirilən “DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən “Məcburi göstəriş”in yerinə yetirilmədiyi əyani şəkildə müəyyən edilmişdir.

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarını görən kimi əraziyə adlarını və vəzifələrini açıqlamayan bir neçə şəxs gələrək fəhlələri oradan uzaqlaşdıraraq,”DEKA” şirkətinin rəhbərliyinin burada olmadığını bildirdilər.Telefonla Bakıdakı qeyri-müəyyən adamlarala uzun-uzadı danışdılar.İdarə əməkdaşları tərəfindən isə onlara məlumat verildi ki,”DEKA”şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozub və göndərilən rəsmi xəbərdalıqlara əməl etməyib.Ona görə də müvafiq hüquqi normativ sənədlərə və mövcud qanunvericiliyə uyğun olaraq akt tərtib olunacaq.Maraqlı məqamlardan biri də ondan ibarətdir ki,inşaat aparılan əraziyə “Ağsaray” öteldən gələn Yusif Qədimbəylinin işçiləri akt tərtib edilməsində iştiraka dəvət edilsələr də,onlar bundan boyun qaçırdılar.Ancaq buna rəğmən  8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifəni yerinə yetirərək,yol verilmiş qanun pozuntusuna görə “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq tərtib edilən 52947 nömrəli akt əsasında “DEKA” şirkətinə cərimə kəsdilər.Ədalət naminə qeyd edək ki,Kür çayının “işğalı”na qarşı mübarizə aparan yeganə qurum hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

      

Ən diqqətçəkən məqam isə odur ki,şəhər sakinlərinin ölkə başçısına etdikləri müraciətə baxmayaraq Kür çayın içərisində tikintinin aparılmasına biabrçı sərəncam verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nə rəhbərliyi,nə də Baş memar Etibar Abdullayev bir dəfə də olsun əraziyə gəlməyiblər.

Maraqlıdır,maraqlı olduğu qədər də təəccüblüdür,bu qanunsuzluğa rəvac verən,konkret desək qanunları ayaqlar altına atan məmurlar həqiqətənmi məsuliyyət hisslərini bu dərəcədə itiriblər?

Readksiya olaraq Kür çayının yatağını pullu və “arxalı”adamalara satan Mingəçevir Şəhər İcra Hakimiyyətinin diqqətinə çatdırmaq istəyirik ki,əslində siz verdiyiniz sərəncamla “ərazi”də həm ciddi ekoloji problemlərə yol açırsınız,həm tikinti normalarının pozulmasına bilavasitə şərait yaradırsınız,həm insanların istirahət,həm gəzinti,həm hava almaq,həm də təbiətin varlığı olan Kür çayını görmək hüququnu məhdudlaşdırısınız.

Unutmayın və anlayın ki,Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,”Əhalinin sağlamlığının qorunması haqqında” qanundan,Azərbaycan Respublikasının digər 4 müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir.

P.S.Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov,Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuruyev,Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Səhiyyə naziri Oqtay Şirəliyev bəs siz hara baxırsınız?

Müəllif:İnqilab Şirinbəyli

 

Your email address will not be published.