Tovzu sakinlərindən Saleh Məmmədova kəskin etiraz-VİDEO

0 314

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov Prezidentin 15 fevral 2019-cu il tarixli sərəncamını dəyişib.

   Tovuz rayonunun Ağacqala kənd sakinləri iyulun 30-da “Kanal32” İnformasiya Agentliyinin və Azbelediyye.az saytının qaynar xəttinə zəng edərək redaksiya əməkdaşlarını kəndlərinə dəvət ediblər.Səbəb kimi isə ilk baxışda sadə bir infrastruktur problemi kimi diqqət çəksə də,əslində çox ciddi problemlərin olmasını göstəriblər.Sakinlərin sözlərinə görə, Prezident İlham Əliyev fevralın 15-də “Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı icra olunmur və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun göstərişi ilə bu sərəncam dəyişdirilib.Bu zaman sual oluna bilər ki,necə və hansı cəsarətlə?

Cəsarəti hansı güclərdən aldığını deyə bilməsək də,sərəncamı necə dəyişdiridiyini Ağacqala kənd sakinləri əyani olaraq göstərdilər və biz də bunun yerindəcə şahidi olduq.Belə ki,Prezidentin verdiyi sərəncama görə,Tovuzun Yanıqlı kəndindən Ağacqala kəndinə yol çəkilməli olduğu halda,son günlər adı müxtəlif qalmqallarda hallanan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun göstərişinə əsasən Ağacqala kəndinə yol Gədəbəyin Pərizamanlı kəndindən çəkilir.Belə olan halda Ağacqala kənd sakinləri Tovuz rayonuna getmək üçün Gədəbəy və Şəmkir ərazisindən keçməklə 70 km məsafə qət etməli olacaqlar.Ancaq sərəncam üzrə nəzrdə tutulan yol çəkilərsə,rayon mərkəzinə olan məsafə cəmi 32 km olacaq.

Qeyd edək ki, ölkə başçısı Cənab İlham Əliyevin 15 fevral 2019-cu il tarixli sərəncamında əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Görünüən odur ki,Saleh Məmmədov 3,3 milyon manata şəkildə gördüyünüz torpaq yolu çəkməklə həm Prezidentin məlum sərəncamını yerinə yetirmir,həm kənd sakinlərinin hüquqlarını kobud şəkildə pozur,həm də bu layihdən əməli-başlı “pul tutur”.Kənd sakinləri isə bu özbaşınalığa kəskin etiraz edərək,ölkə başçısı Cənab İlham Əliyevdən kömək istəyirlər və problemə dərhal müdxilə etməsini xahiş edirlər.

Your email address will not be published.