Hacı Xaliq Bəşərdən hikmətli sözlər

0 222

Kanal32.info Hüquq elmlər doktoru,Müstəqil Hüquqşünaslar Liqasının sədri Hacı Xalıq Bəşərin aforizmlərini oxuculara təqdim edir:

-Müdrik siyasət xalqın maddi zənginliyinin və birliyinin mənşəyidir.

-İnsan var ki,onun doğuluşu yaxşılıqların açarı,pisliklərin isə qıfılıdır.İnsan var ki,onun onun ölümü pisliklərin açarı,yaxşılıqların qıfılıdır.

-Gözü xalqın malında olan hər bir şəxsin qəm-qüssəsi uzun,faciəsi çox olar.

-Paxıllıq və həsəd çəkən məxluq qədər zalım birini görmədim.Onların qəlbi zülmət,qaranlıq,qəm-qüssələri isə əbədidir.

-Əməllərində məsuliyyətsiz və səhlənkar olan şəxslər heç vaxt uğur qazanmazlar.

-Allahın dostlarına qorxu yoxdur.Onlar qəm-qüssəli deyil,gülərüzlü olarlar.

-Nəsihət verən atanın 4 nişanəsi var:O,ədalətli hökm çıxarır,özündənsə başqalarına haqq qazandırır,özünə və ailəsinə istədiyini başqalarına da istəyir və heç vaxt heç kəsin haqqını yemir.

-Ən yaxşı ata övladlarına doğru və ədalətli yol göstərəndir.

-Xoş o adama ki,qarnı yeməkdən boşdur,qəlbi isə imanla və səbrlə doludur.

-Var-dövlətin çoxluğu imanı korlayır,nəfsi artırır və günahları çoxaldır.

-Günhaların çoxluğu zəlalətdir.Zəlalətin çoxluğu fəlakətdir.Fəlakətin çoxluğu isə faciədir.

-Ən zəngin insan imanlı və ədalətli olandır.

Müəllif:Hacı Xaliq Bəşər

Davamı var..Hər həftənin cümə günü bu hikmətli sözləri oxumağı unutmayın!

Your email address will not be published.