Məcburi köçkünü xəstəxanada öldürdülər-MİNGƏÇEVİRDƏ

0 1. 208

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı ucbatından daha bir ölüm hadisəsi baş verib.

Kanal32.info xəbər verir ki,avqustun 17-si səhər saatlarında  Ağdam rayonundan məcburi köçkün gəlmiş və Mingəçevir şəhərində müvəqqəti məskunlaşan Səfərov İmamverdi Şöhlət oğlu qasıq nayihəsinin yırtığı diqnozu ilə xəstəxananın Acil şöbəsinə gətirilib.

İlkin yardım göstərildikdən sonra o,saat 12:00 radələrində əməliyyata götürülüb.Cərrah Məhəmməd Quliyev tərəfindən əməliyyat olunan xəstə reanimasiyya şöbəsinə yerləşdirilib.(adıçəkilən həkim  Mingəçevir sakinləri tərəfindən ən “savadsız” cərrah kimi tanınır və bu günə kimi əlində 10-a yaxın adam ölüb)

Lakin saat 15:00 radələrində qasıq yırtığından (“qrija”dan) əməliyyat olunan Səfərov İmamverdi qəflətən reanimasiya şöbəsində dünyasını dəyişib.Hələ ki ölümün hansı səbəbdən baş verdiyi açıqlanmır.

Qeyd edək ki,şəhərin “Günəşli” bağ massivində yaşayan və bu gün həkim səhlənkarlığı ucbatından vəfat edən Ağdam rayon sakini İmamverdi Səfərovun 3 azyaşlı övladı var.

Oxucuların diqqətinə çatdıraq ki,redaksiyamıza Mingəçevir xəstəxanasındakı “uşaq qətliamları” ilə bağlı ilginc məlumatlar daxil olub.Tərəfimizdən araşdırma aparılır və yaxın iki gündə həmin faktları təqdim edəcəyik.Odur ki,bizi izləməkdə davam edin…

KANAL32.İNFO

Your email address will not be published.