Məcburi köçkünlər su probleminə görə aksiya keçirəcək-MÜRACİƏT

0 318
Bu gün Gəncə – Bakı magistral yolunun Dəliməmmədli qəsəbəsindən keçən ərazisində, Xoylu stansiyasında məskunlaşan bir qrup kəlbəcərli məcburi köçkün ailəsi su probleminə görə aksiya keçirəcəklər.
Bunu Kanal32.info-ya açıqlamasında qəsəbə sakinləri bildiriblər. Onlar bununla bağlı DİN-in “102” qaynar xəttinə məlumat verdiklərini və aksiyanın təhlükəsizliyini təmin etmələrini xahiş etdiklərini bildiriblər.
Sakinlər iddia edir ki, problem illərdi davam edir və dəfələrlə mətbuatda işıqlandırılmasına, müvafiq qurumlar qarşısında məsələ qaldırdıqlarına baxmayaraq heç bir nəticə olmayıb.
Qəsəbə sakini Misir İbrahimli deyir ki, bir neçə dəfə Goranboyun əvvəlki və indiki icra başçılarının qəbulunda olsalar da Goranboy Subartezian İdarəsinin rəisi Rauf Teyyubov sanki onlara qənim kəsilib və məcburi köçkünləri su ilə sınağa çəkməkdən vaz keçmir.
Qəsəbə sakinləri Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin onların probleminə bu qədər biganə yanaşmalarına və prezident İlham Əliyevin tapşırıqlarına bu cür qeyri-peşəkarlıq sərgiləməsinə görə də etirazlarını dilə gətiriblər.
Həmçinin,sakinlər xahişlərini “Kanal32” vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova çatdırmağımızı da xahiş edirlər. Onlar bu qənaətdədirlər ki, V. Eyvazovun müdaxiləsi nəticəsiz olmayacaq və nəhayət, illərdi daşlaşmış problemlərinə əncam çəkiləcək.

Your email address will not be published.