“Sədərək Yusif”məhkəməyə verilir-MİNGƏÇEVİRDƏ

0 367

“Sədərək Yusif”in Kür çayını “işğal” etmiş “DEKA” şirkətini növbəti mərhələdə məhkəmə gözləyir.

Xəbər veriyimiz kimi iyun ayında 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə başçısı Cənab İlham Əliyevə ,o cümlədən Kanal32.info və  Azbelediyye.az  saytlarına müraciət məktubu ünvanlanıb.Həmçinin,həmin müraciətlər əsasında 10-a yaxın məqalə dərc edilib.

Eyni zamanda ərazidə yaradılmış acınacaqlı vəziyyətlə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA)təsisçisi və sədri Leyla Əliyevaya müraciət edib.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Kür çayının içərisində qanunsuz tikinti aparan və barələrində qəbul edilmiş qərarları saymayan “DEKA”şirkətinə növbəti “Məcburi göstəriş” verib.Əgər onlar bu dəfə də qanuni tələbləri yerinə yetirməsələr cəzalandırılması üçün müvafiq sənədlər aidiyyatı üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə və ya digər instansiya məhkəməsinə göndəriləcək.

Bu barədə “Kanal32”-yə açıqlamasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verib.Bildirilib ki,şirkətin rəhbərliyi,o cümlədən iş adamı Yusif Qədimbəyliyə məxsus “Ağ saray” otelin müdiri idarəyə dəvər edilmiş,onlara bir daha mövcud hüquqi prosedur qaydalar haqqında məlumat verilib.Hüquqpozmaya yol verən “DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən “Məcburi göstəriş”in yerinə yetirilmədiyi,İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edildiyi onların diqqətinə çatdırılıb.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu da qeyd ediblər ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara Mingəçevir Şəhər İcra Hakimiyyətin tərəfindən əməl olunmayıb.Verilən sərəncamlarda ziddiyətli məqamlar və ciddi qüsuralr var.

Verdikləri sərəncamlarla ciddi hüquqpozmalara imza atan Mingəçevir Şəhər İcra Hakimiyyətinin diqqətinə çatdırırıq ki,əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,”Əhalinin sağlamlığının qorunması haqqında” qanundan,Azərbaycan Respublikasının digər 4 müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir.

Bir nüans maraqlı və olduqca diqqətçəkəndir.Görəsən,şəhər sakinlərinin ölkə başçısına etdikləri müraciətlər,mətbuataın bu qədər yazdığı məqalələr,şəhər ictimaiyyətinin sosial şəbəkələr üzərindən göstərdikləri təpki Kür çayın içərisində tikintinin aparılmasına biabrçı sərəncam verən Mingəçevir Şəhər İcra Hakimiyyətində heç rahatsızlıq doğurmur? Cəzasız qalacaqlarına bu qədərmi əmindirlər? Şəhər rəhbəri İlham İsmayılov və Baş memar Etibar Abdullayev niyə bir dəfə də olsun əraziyə gəlməyiblər?

P.S.Hələ ki cavabdeh qurumların rəhbəri kimi İcra başçısı İlham İsmayılov,Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov,Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuruyev,Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Səhiyyə naziri Oqtay Şirəliyev susub.

Müəllif:İnqilab Şirinbəyli

FOTOLAR 4 GÜN ÖNCƏ ÇƏKİLİB:TİKİNTİ SON GÜNLƏRƏ KİMİ DAVAM EDİB…

 

 

Your email address will not be published.