İcra Hakimiyyətindən təmir üçün 1 milyon

0 378
Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilərək yenidən qurulacaq.
“Marja” xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti bu məqsədlə elan etdiyi təkliflər sorğusuna yekun vurub. Belə ki, “Azərtranss” MMC qalib elan edilib.
“Azərtranss” 933 min 623.8 manat alaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini həyata keçirəcək. Gədəbəy Rayon İcra Hakimiyyəti və “Azərtranss” arasında müqavilə imzalanıb.

 

P.S. Kiçik bir binanın təmiri üçün ayrılan bu fantastik məbləğə  bizim qonşu ölkələrdə müasir tələblərə cavab verən yeni bina tikirlər.

Your email address will not be published.