15 yaşlı qızın uşağı oldu-Şübhəli şəxs mingəçevirli iş adamıdır

0 635

Kanal32.az APA-ya istinadən xəbər verir ki, 7 aylıq hamilə olan 15 yaşlı Ə. A. dünən səhər çağırış əsasında Mingəçevir Su anbarı hövzəsindəki çimərlikdən həkim briqadası tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərək Doğum şöbəsinə yerləşdirilib.

Onun üzərində kimliyini təsdiq edən hər hansı sənəd olmayıb. Müayinə zamanı azyaşlı qızın 7 aylıq hamilə olduğu müəyyən edilib. Özünü Gəncə sakini kimi təqdim edən qız Mingəçevirdəki kafelərdən birində işlədiyini, ailə qurmadığını, atasının olmadığını, anasının isə Gəncədə yaşadığını deyib. O, tibb işçilərinin müşayiəti və xəstəxanaya məxsus Təcili Tibbi Yardım maşını ilə(350 manat ödəməklə) Gəncə şəhər Regional Perinatal Mərkəzə göndərilib.

Perinatal Mərkəzdən APA-ya bildirilib ki, hamilə qız artıq doğuş keçirib. Doğuş vaxtından əvvəl olub və normal keçib.

Qızın ailə üzvləri və yaxınlarının tapılması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

P.S. Kanal32.az-a məlumat verən mənbənin sözlərinə görə,Mingəçevir xəstəxanasına dəvət edilmiş polis əməkdaşları hamilə olan azyaşlı qızın telefonuna baxış keçiriblər və onun son günlər daha çox kimlərlə əlaqdə olğunu müəyyənləşdirmək istəyiblər.Bu zaman məlum olub ki,azyaşlı hamilə Mingəçevir şəhərində fəaliyyət göstərən çox tanınmış bir iş adamı ilə mütəmadi telefon əlaqəsində olub və həmin iş adamının son telefon zənglərinə qız tərəfindən cavab verilməyib.Redaksiya həmin yaşlı iş adamının kimliyini bilir və onun daha da dəqiqləşdirlməsi üçün araşdırmalarını davam etdirir.

Your email address will not be published.