“EKO-TES” təşkilatı ictimaiyyəti məlumatlandırıb-FOTOLAR

0 439

“Mediada ekoloji maarifləndirmə işinin aparılması” layihəsinin icrası ilə bağlı ictimaiyyət nümayəndələrinin məlumatlandırması tədbiri keçirlib.

Kanal32.az xəbər  verir ki,Mingəçevir şəhərində “Eko-TES”Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mediada ekoloji maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində ictimaiyyət nümyəndələri ilə görüş təşkil olunub.Təbirdə media təmsilçiləri,QHT nümayəndələri,gənclər təşkilatlarının üzvləri və pedaqoqlar iştirak ediblər.

Hesabat və məlumatlandırma xarakterli görüşü giriş sözü ilə layihə rəhbəri,“Eko-TES”Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov açıb.O bildirib ki,bu gün bütün dünyada ən ciddi problemlərdən biri ekoloji problemlər və sağlamlıq məsələləridir.Bu baxımdan Azərbayacan hökümətinin atdığı bir sıra mühüm addımları və hökumət səviyyəsində qəbul olunmuş qərarları xüsusi qeyd etməliyik.İnsanların ekoloji bilgilərlə maarifləndirlməsi sahəsində isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti təqdirəlyiqdir.

Layihə rəhbəri həmçinin qeyd edib ki,layihə çərçivəsində “Sağlamlığımız təkcə bizdən yox,həm də təbiətdən asılıdır” mövzusunda 3 televiziya verlişi çəkilib,məlumat bukletləri çap olunub,o cümlədən 3 maarifləndirici təhlil məqaləsi də elektoron mediada dərc olunub.

İctimai birliyin sədri Çingiz Nəzərovun sözlərinə görə,layihənin icrası zamanı insanlarımıza aşılamaq istədiyimiz əsas fikirlərdən biri də budur:”Sağalm gələcək naminə ekoloji tarazlığı qorumalı və ekoloji cəhətdən təmiz təbii qidalardan istifadə etməliyik.Xaricdən gətirilən xüsusi tozlardan,konservləşdirilimiş qidalardan,tabletlərdən,şirələrdən və GMO-lardan uzaq durmalıyıq”.

Tədbirdə çıxış edən iştirakçılar da ekoloji problemlərə və qida təhlükəsizliyinə dair öz fikirlərini bildiriblər.Eyni zamanda Mingəçevirdə və ətraf bölgədəki bir sıra ekoloji problemlərə diqqət çəkiblər.Vurğulanıb ki,vaxtı ilə Mingəçevir Su anbarı və Kür çayı müxtəlif balıq növləri və digər su canlıları ilə zəngin olub.Ancaq yaradılmış çirkləndirmələr və nəzarətsizlik ucbatından həmin canlıların ya kökü kəsilib,ya da onların sayında kəskin azalam müşahidə olunur.

Odur ki,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bölgələrdə fəaliyyət göstərən QHT-lərə,həmçinin “Eko-TES”Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinə əhalinin ekoloji cəhətdən maarifləndirilməsi məqsədi ilə göstərdiyi maliyyə yardımı və dəstəklədiyi layihələr olduqca mühüm əhəmiyyətə malikdir.

 

Kanal32.az

Your email address will not be published.