“Energetik”FK-ya yeni rəhbər təyin edildi

0 587

“Energetik” futbol klubuna yeni icraçı direktor təyin edilib.

Kanal32.az xəbər verir ki,müxtəlif vaxtlarda “Kür-Nur”, “Kür” adları ilə 7 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edən və hazırda çox çətin dövrünü yaşayan Mingəçevir şəhərinin “Energetik” futbol klubunun rəhbərliyində dəyişiklik olub.

Belə ki,Mingəçevirdə doğulan və şəhər ictimaiyyətinin fəal gənclərindən olan Qazızadə Rüfət Nizami oğlu tarxinin ən çətin günlərini yaşayan “Energetik” futbol klubuna İcraçı direktor təyin edilib.

Mingəçevirin futbol sevdalısı olan insanları ümid edirlər ki,yaxın zaman kəsiyində Azərbaycan futbolunun köklü klublarından olan “Energetik” xeyirsevər şəxslərin sayəsində düşdüyü bu acınacaqlı durumudan çıxacaq.

Your email address will not be published.