“Azərbaycanda ailə dəyərləri və milli-mənəvi adət-ənənələrimiz”

0 405

Kanal32.az-a verilən məlumata görə,4 sentyabr 2019-cu il tarixdə, ARBAran televiziyasında Azərbaycanda ailə dəyərləri və milli-mənəvi adət, ənənələrimiz” mövzusunda teledebat (tok-şou) keçirilib.

Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində həyata keçirilmişdir. Verilişə ətraf rayonlardan da qatılmaqla 21 auditoriya iştirakçısı və 2 ekspert  mövzuya dair müzakirələrdə fəal iştirak etdilər. Verilişdə iştirak edənlərə layihə əməkdaşları tərəfindən bukletlər və informasiya bülletenləri paylanıb.

Layihənin rəhbəri, sifarişçi İB-in sədri Əntiqə Muradova milli-mənəvi dəyərlərimizə uyğun ailə ənənələrimizin qorunub saxlanması və gənc nəslin məhz bu dəyərlər əsasında tərbiyə edilməsinin əhəmiyyətindən danışıb. O, xüsusi olaraq vurğuladı ki, son vaxtlar milli-mənəvi dəyərlərimizin yetərincə təbliğ edilməməsi ucbatından ailə münasibətlərində xoşagəlməz vəziyyət artmaqda davam edir.

İnsan haqqları müdafiəçisi,araşdırmaçı İlqar Məhərrəmli ailə dəyərlərinin qorunmasında qanunvericilik bazasının təkmilləşdirilməsi, boşanma hallarının qarşısının alınması üçün inzibati tədbirlərin sərtləşdirilməsinin zəruriliyi barədə auditoriya iştirakçılarına və televiziya tamaşaçılarına məlumat verib.

“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək”                                                                    İctimai Birliyinin mətbuat xidməti

Your email address will not be published.