Məhkəmə hakiminin katibi həbs edildi-FOTO

0 309

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakiminin katibi həbs edilib.

Kanal32.az Criminal.az-a istinadən xəbər verir ki, uzun illər məhkəmə iclas katibi işləmiş Elman Məlikov artıq Kürdəxanı həbsxanasına göndərilib. O, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə eyni kamerada saxlanılır.

Əldə edilən ilkin məlumata görə, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimi Faiq Qəniyevin icraatında baxılan ölüm işi ilə bağlı tərəflərdən birindən işi həll edəcəyini vəd verərək külli miqdarda pul alıb. Lakin işi həll etmədiyindən onun əməlinin üstü açılıb. Məsələdən xəbər tutan Ə.Abbasov və məhkəmə rəhbəri onu dərhal işdən azad edib.

Həbsindən bir müddət əvvəl E.Məlikov Criminal.az saytına barəsində yayılan xəbərləri qarayaxma adlandırmışdı: “19 il məhkəmədə qüsursuz işləmişəm. Məhkəmədən isə öz istəyimlə ayrılıb başqa işə keçmişəm”.

Your email address will not be published.