Köçkün gənc idarə müdirindən ŞİKAYƏTÇİDİR

0 361

Mingəçevir şəhər Məşğulluq Mərkəzi məcburi köçükünün başına oyun açıb.

  Kanal32.az-a müraciət edən Kəlbəcər rayonunun Zar kəndindən məcburi  köçkün gəlmiş  Məmişov Elçin Xəlil oğlu deyir ki,ötən il ora-bura şikayət etməklə bir təhər Mingəçevir şəhərində Məşğulluq mərkəzində “Özünəməşğulluq” proqramına qoşulub.Proqram çərçivəsində qoyunçuluq sahəsi ilə bağlı maarifləndirmə tədbiri daşıyan dərslərdə iştirak edib.Maraqlıdır ki,dövlətin həyata keçirdiyi bu layihəni yerdəki icraçıları prosesin yekununda azərbaycansayağı imtahan təşkil ediblər və nəticədə bütün ömrünün beşmərtəbli binalarda keçirən,heyvandarlıqdan anlayışı olmayanlar “uğur”qazanıb.Amma,uşaqlıqığı təsərrüfat işlərin içində keçən Məmişov Elçini isə imtahandan kəsiblər.O,üzləşdiyi haqsızlıqlarla bağlı aidiyyatı üzrə bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdən sonra Mingəçevir şəhər Məşğulluq Mərkəzin Direktoru Elçin Abdullayev gəncə söz verib ki,işlərin düzələcək.Ancaq bu sadəcə əksər Azərbaycan məmurunun verdiyi sözdən başqa bir şey olmayıb.

Redaksiyamıza müraciət edən Məmişov Elçin iddia edir ki,hər zamanı haqqını tələb etdiyinə və Məşğulluq Mərkəzində baş verən qanunsuzluqlara göz yummadığına görə,adaşı Elçin Abdullayev ona qarşı qərəzli münasibət sərgiləyir.Şikayətçi onu da bildirir ki,o həm də başqaları kimi Məşğulluq Mərkəzin Direktoru Elçin Abdullayevə “hörmət” etməyib.Əgər “hörmət”etsəydi onun da işləri yağ kimi gedərdi.

Haqsızlığa mərzu qaldığını deyən məcburi köçkün gənc saytımız vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək xahiş edir ki,Mingəçevir Məşğulluq Mərkəzindəki özbaşınalıqların aradan qaldırılması üçün müvafiq göstəriş versin.Çünki aidiyyatı qurumlar heç bir tədbir görmür və sadəcə seyirçi mövqedədirlər.

-Görəsən,bizim bəzi yüksək çinli məmur və məmurcuqlarımız ölkə başçımız çox hörmətli İlham Əliyevin vətəndaşlara münasibətlə bağlı dəfələrlə verdiyi tapşırıq və göstərişləri niyə yerinə yetirmirlər? Onlar məsuliyyət hisslərini bu qədərmi itiriblər?

Axı dəfələrlə bəyan edilib ki,məmurlar vətəndaşlara yuxarıdan aşağı baxmasınlar.Gənclərə və aztəminatlı ailələrə sosial problemlərinin həlli üçün maksimum kömək edilsin.

Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.