Azərbaycanın ən böyük və kiçik kəndləri-SİYAHI

0 1. 254
Azərbaycanda ümumi əhalinin sayı 10 milyonu ötüb.
Hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.
Azərbaycan Respublikasında keçirilmiş əhalinin son siyahıyaalınmasının (2009-cu il aprel ayının 13-dən 22-dək) yekunlarına əsasən, əhalisinin sayına görə ən böyük kəndlər Nehrəm (Babək rayonu), Masazır (Abşeron rayonu), Əyyublu (Tovuz rayonu), Aşağı Quşçu (Tovuz rayonu), Cəhri (Babək rayonu) kəndləridir.2017-ci ilin məlumatına görə isə Kiçik Dəhnə kəndinin (Şəki rayonu) əhalisi isə 13 min nəfərdir.
Respublikada ən kiçik kəndlər isə Dahar (İsmayıllı rayonu), Əlməkolu (Siyəzən rayonu), Gənzə (İsmayıllı rayonu), Qızqayıtdı (Neftçala rayonu), Pirəqanım (İsmayıllı rayonu) kəndləridir.
Ən böyük və ən kiçik kəndlərdə nə qədər adamın yaşadığını öyrənmək isə mümkün olmayıb. Məlumatda qeyd edilib ki, yaşayış məntəqələrinin ərazilərinə dair statistik məlumatlara Dövlət Statistika Komitəsi malik deyil.
Qeyri-rəsmi məlumata görə, əhali sayının ən az məskunlaşdığı kəndlərdə 3-4 nəfər yaşayır. İsmayıllı rayonunun Pirəqanım kəndində isə cəmi 2 nəfərin yaşadığı bildirilir.

Your email address will not be published.