Bələdiyyə sədri Şəhidə qarşı niyə hörmətsizlik edir?-FOTO-VİDEO

0 743

Bələdiyyə sədri Şəhidin xatirəsinə tikilmiş və hazırda baxımsız vəziyyətdə olan abidə-bulaq kompleksini təmir etməkdən boyun qaçırır.

21 iyun 2019-cu il tarixdə həm Kanal32.az,həm də Azbelediyye.az saytlarında “ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik”,09 avqust 2019-cu il tarxidə isə”Bələdiyyə sədrinin Şəhidə hörmətsizliyi davam edir”başlıqlı məqalələr dərc olunmuşdu.Xəbər verdiyimiz kimi bu utancverici olayın yaşandığı məkan isə Şəki rayonunun Kiçik Dəhnə kəndidir.Belə ki,kənd bələdiyyəsinin sədri Əlvida Calalovun “yüksək vətənpərvərliyi” sayəsində 2000-ci ildə Cəlilov Rövşən Ələssan oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə 1 sot ərazidə tikilən abidə-bulaq kompleksinin ərazisi ev tikmək üçün kənd sakininə satılıb.Özü də Bələdiyyə sədrinin verdiyi rəsmi sənəd əsasında.Əslində isə hər hansı kənd sakinin öz mənzil şəraitini yaxşılaşdırmaq üçün ev tikməsi normal haldır və bunun bizim işqıalndırdığımız problemə o qədər də aidiyyatı yoxdur.

Əsas və acınacaqlı problem odur ki, abidə-bulaq kompleksi baxımsız qalaraq ətrafı zibilliyə çevrilib.Biz redaksiya olaraq bu biabırçı vəziyyəti saytımızda dərc edən sonra məsələ ictimailəşdi və  problemin təzliklə həll olunması üçün tərəfimizdən həm Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova,həm də Kiçik Dəhnə kənd Bələdiyyəsinin sədri Əlvida Calalova rəsmi məktub ünvanladı.Həmçinin,mövcud vəziyyətin aradan qaldırılması və ərazinin abadlaşdırılması üçün dəfələrlə telefon əlaqəsi yaratdıq.Telefon söhbəti zamanı icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov da,Bələdiyyə sədri Əlvida Calalov da bildirdilər ki,yaxın zaman kəsiyində Şəhid bulağının ətrafı tam abadalaşadırılacaq,su və işıq xətti bərpa ediləcək,kompleksin ətrafına məhəccər çəkiləcək.Ağacların əkilməsi isə mövsümə uyğun olaraq payızda həyata keçiriləcək.Ancaq ötən 2 ay 17 gün ərazində Bələdiyyə sədri Əlvida Calalov “olmazın əziyyətini” çəkərək abidə kompleksi ərazisində “möhtəşəm” təmir-abadlıq işi aparıb.Belə ki,ərazidə yalnız sakinə məxsus çaylaq daşları və təkər götürülüb.Köhnə su borusu  “bərpa” edilib və abidə-bulaq kompleksinin ətrafına bir az torpaq tökülərək yayılıb.Bir sözlə,Bələdiyyə sədri sadəcə gözdən pərdə asmaqla işini bitmiş hesab edib.Hətta,”xeyli əziyyət”çəkərək bir neçə fotonun da əlavə olunduğu məktub göndərib.Bununla da o həm Şəki icra hakimiyyətini,həm də bizi yola verməyə çalışıb.Biz də Bələdiyyə sədrinin yazdığı cavab məktubda əks olunanlarala yerindəcə tanış olmaq və ondan müsahibə götürmək məqsədi ilə avqustun 29-da Kiçik Dəhnə kəndindəki Şəhid bulaq-kompleksinin tiklidiyi əraziyə səfər etdik.Gördüklərimizi isə sözlə ifadə etməyə söz tapmadığımızdan onun fotolarını təqdim etməyi qərara aldıq.

Odur ki,29 avqust 2019-cu il tarixdə tərəfimizdən Kiçik Dəhnə kəndindəki “abadlaşmış” Şəhid bulağında çəkilmiş bu fotolara diqqətlə baxın və qiymət verin.

Kəndə daxil olmamışdan öncə və Şəhidin xatirəsinə tikilmiş abidə-bulaq kompleksində olan zaman Bələdiyyə sədri Əlivda Calalovun mobil telefonuna dəfələrlə zəng etsək də cavab verən tapılmadı.Hətta,həmin vaxt əraziyə gələn kənd sakini Ərzuman müəllimin də zəngləri həm bələdiyyə sədri,həm də bələdiyyə üzvləri tərəfindən cavabsız qaldı.O cümlədən də, həmin gün Şəki Şəhər İcra Hakimiyyətinə etdiyimiz zənglər də cavab verən olmadı.

         

Yalnız 3 sentyabr 2019-cu il tarixdə Əlvida Calalovla telefon əlaqsəi yaratmaq mümkün oldu.O,söhbət zamanı bildirdi ki,mən şəkər xəstəsiyəm,məni zəng edib narahat etməyin.Mətbuata cavab vermək isə mənim borcum deyil(?).Sədr həmçinin qeyd etdi ki,artıq kənddəki qaynaqçı ilə danışıb və bu həftə içərsində bulaq kompleksinin ətrafına dəmir məhəccər çəkiləcək.Gələn ay isə ətrafına həmişəyaşıl dekorativ ağaclar əkiləcək.(Amin! İnşəallah!)

Onu da qeyd edək ki,hələ 2 ay 17 gün ərzində Şəki şəhər İcra Hakimiyyəti 22 iyun 2019-cu il tarixdə redaksiyanın göndərdiyi rəsmi məktuba cavab verməyib.Kiçik Dəhnə Bələdiyyəsinin məktubu isə respublikamızdakı “ildlrım sürətli”poçt sistemi vasitəsi ilə avqustun 14-də bir təhər gəlib çıxa bilib.Bütün bu yaşananlar ölkəmizdə məmur məsuliyyətsizliyini,məmur özbaşınalığını bir daha çılpaqlığı ilə ortaya qoyur.Hələ bu azmış kimi Bələdiyyə sədrinin redaksiyamıza göndərdiyi rəsmi məktubu lap “örnək” olası məktubdur.Kiçik Dəhnə bələdiyyəsinin rekvizitlərinin əks olunduğu məktub forması(“firmennıy blank”) karandaşla xətlənərək əlyazması ilə yazılıb.Həmin məktubun fotolarını təqdim edirik:

Bu “müəkəmməl rəsmi məktub”u hazırlayan Bələdiyyəs sədrinin diqqətinə çatdırmaq istəyirik ki,rəsmi sənədlərin tərtibi müvafiq qanunvericiliyə əsaslanır və dövlətçilik mədəniyyətini əks etdirir.Buna görə də həmin sənədlərin tərtibinə xüsusi diqqət yetirilməlidir.Həqiqətənmi,10 min nəfərdən yuxarı əhalinin yaşadığı kəndin bələdiyyəsində bir ədəd kompüter və ya kompüterdə yazmağı bacaran bələdiyyə üzvü və ya qulluqçusu yoxdur?

Hələ məktubdakı məzmun və üslub səhvlərindən danışmaq istəmirik.Qoy buna müvafiq qurumlar və oxucular qiymət versin.

Redaksiya olaraq hər iki idarəetmə qurumunun diqqətinə çatdırmaq istəyirik ki,onların rəsmi məktublara cavab verməməsi Azərbayacan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2015-ci il tarixli qərarı ilə qüvvəyə minmiş Vətəndaşların müraciətləri haqqında Azərbaycan
Respublikasının Qanunu”
nun tələblərinin kobud şəkildə pozulmasıdır.Konkret desək,bu qanunun 10-cu maddəsinin(Maddə 10. Müraciətə baxılması müddəti) tələbləri bu günə kimi yerinə yetirilməyib.Həm Şəki şəhər İcra Hakimiyyəti,həm də Kiçik Dəhnə kənd Bələdiyyəsi anlamalıdır və bilməlidir ki,qanunun 16-cı maddəsində göstərilir ki,bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Görəsən,Kiçik Dəhnə kənd Bələdiyyəsinin sədri Əlvida Calalov bu məsuliyyətsiz davranışları sərgiləməkdənsə,bilavasitə vəzifə borcu olan və kiçik xərc tələb edən təmir-bərpa işlərini niyə aparmır?Axı Şəhid abidəsi üçün sərf olunacaq vəsaiti o,öz cibindən deyil,bələdiyyənin büdəcəsindən xərcələyəcək?(Baxmayaraq ki,Bələdiyyə sədri çox  geniş biznes imkanlarına malikdir) 

Onu da qeyd edək ki,Kiçik Dəhnə kənd Bələdiyyəsindəki utancverici vəziyyətlə və məmur məsuliyyətsizliyi ilə bağlı Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevə rəsmi məktub göndərmişik.Əgər qısa müddətdə Şəhidin adıan salınmış abidə-bulaq kompleski əsaslı şəkildə təmir olunub,ətrafı məhəccər çəkilməklə abadlaşıdırlmasa Cənab prezidentə video-müraciət ünavnalayacağıq.

Xatırladaq ki,Kiçik Dəhnə kəndindən olan şəhid Rövşən Cəlilov 1974-cü ildə kasıb kolxozçu ailəsində anadan olub.1993-cü ilin mart ayında Qarabağ uğurunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Atası Ələssan kişi bir neçə il bundan əvvəl rəhmətə gedib.Anası Mərmər xanım  isə oğlunun ölümündən sonra ciddi psixoloji sarsıntı nəticəsində sağalmaz xəstəliyə tutulub.Xalq arasında deyildiyi kimi “dəli olub”.Haqqın dərgahına qovuşmuş ata və yaşadığı dünyanın acımasız gərdişini duymayan biçarə ana canını Vətən yolunda qurban vermiş oğlunun ruhuna qarşı edilən hörmətsizlikdən xəbərsizdir.

Bulaq kompleksi isə və 2000-2001-ci illərdə kənd sakini Binyamin Məmmədov tərəfindən şəxsi vəsaiti hesabına tikilib və elə həmin il də Şəki Şəhər İcra Hikimiyyətində abidə kimi qeydiyyata alınıb.

29 avqust 2019-cu il.Kiçik Dəhnə kəndindəki “abadlaşmış” Şəhid bulağında lentə alınmış video

Müəllif: İnqilab Şirinbəyli

 

Your email address will not be published.