“Caninin etirafı”-MİNGƏÇEVİRDƏ-FOTOLAR

0 616

Mingəçevir Teatrının səhnəsində“Caninin etirafı” və “Qanlı toy” əsərlərinin nümayişi olacaq. 

Sentyabr ayının 2-dən 51-ci teatr mövsümünə başlayan Mingəçevir Dövlət Dram Teatrı yarandığı 1968-ci ildən respublikanın ən aparıcı teatrlarından biri olub. Çünki bu teatrda ilk vaxtlardan çox peşəkar rejissorlar və aktyorlar işləyiblər. Bu teatr 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə pərdələrini tamaşaçıların üzünə açıb.Tamaşanın quruluşçu rejissoru, teatrın ilk baş rejissoru,öz işinin peşəkarı olan İldırım Cabbar və rejissoru Xalq artisti Zülfüqar Abbasov olub.Mingəçevir teatrının az bir vaxtda böyük uğurlarını görən respublika rəhbərliyi 1974-cü ildə teatra Azərbaycan səhnəsinin korifey sənətkarlarından biri, SSRİ Xalq artisti Mərziyyə Davudovanın adını verib.

Teatr yarandığı ilk vaxtlardan repertuarında Azərbaycanın, dünya klassiklərinin və müasir dramaturqlarının ən yaxşı əsərləri yer alıb.Bunlardan- Mirzə İbrahimovun “Kəndçi qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Unuda bimirəm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Nikolay Qoqolun “Müfəttiş”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsa Hüseynovun “Haray”, “Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”, “Kimin sualı var?” ( eyni adlı poema əsasında), Cəlil Məmmədquluzadənin “Ölülər”, Mixail Zarudinin “Yol kənarı”, Sabit Rəhmanın “Toy”, Nəbi Xəzrinin “Qütb ulduzu”, Zülfüqar Abbasovun “Vətən dərdi”, “Qisas günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”, Sabir Azərinin “Duman çəkilir”, Ağalar İdrisoğlunun “Məhkəmədən əvvəl məhkəmə”, Nodar Dumbadzenin “Mən nənəm, İliko, İllarion”, İsi Məlikzadənin “Gəl qohum olaq”, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) və sairə tamaşalar yaxşı uğur qazanmaqla, həm də tamaşaçıların böyük marağına səbəb olub.
Bir vaxtlar bu teatrın direktoru işlyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Əlimov, Nazir Qafarov, Həsən Həsənov, baş rejissorlar İldırım Cabbar, Füzuli Sərkərov, bədii rəhbər-direktor Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Sonralar teatrda baş rejissor işləyən Vaqif Ağayev, Rövşən Almuradlı, Günay Səttar, Xəzər Gəncəli və quruluşçu rejissor işləyən başqa rejissorlar da bir-birindən maraqlı tamaşalar hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını respublikanın ən aparıcı teatrları sırasında yer almasına öz töhflərini veriblər.
Son beş ildə yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Səxavət Məmmədovun Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik etməsi adıçəkilən mədəniyyət ocağının fəaliyyətində böyük dönüş yaradıb və Mingəçevir tamaşaçılarının, şəhər rəhbərliyinin və ictimaiyyətin teatra marağını çox artırıb.
Mingəçevir şəhər İcra Hakimyyətinin başçısı İlham İsmayılovun dəstəyi ilə teatrın 50 illik yubileyinin çox təntənəli şəkildə və yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.Bu da nəticə etibarı ilə teatrın yaradıcı heyyətinin öz repertuarını daha zəngin etməsinə gətirib çıxarır.
Hər bir teatrda istedadlı aktyor və aktrisa teatrın güzgüsüdür.Elə Mingəçevir teatrında olduğu kimi.Bunlardan- Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər- Vaqif Məmmədov, Nisə Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa Əlimov, Kifayət Əliyeva, Mirbaba Xəlilov, Heybət Hörmətzadə, Elmira İsmayılova, Lətifə Hüseynova, Telman Şərifov, Əlisa Kərimov, Zülfəli İlyasov, Gəray Gərayev, Məzahir Ağayev, Təvəkkül Əhmədov, Zülfü Məmmədov, Neftun Tağıyev, Zakir Qurbanov, Ərşad Qoçəliyev, Ayaz İbrahimov, Afət Əliyeva, Qabil İbrahimli, Elmira İbrahimova, Mətanət Ağayeva, Aydın Qulyev, Nəsibxan Əliyev, Ruhəngiz Abdullayeva, Firuz Hacıyev, Asim Məmmədov, Könül Hacıyeva ilə yanaşı, bir neçə gənc istedadlları qeyd etmək yerinə düşər.

Gənc və perspektivli aktyor və aktrisalardan- Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Vüsalə Qulyeva, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəlyev özlərinin maraqlı səhnə davranışları ilə rejissorların ümidini daha çox doğruldurlar.
Məlumat üçün bildirək ki,yeni mövsümün ilk günündən Mingəevir Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi,Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Aşıq Şəmşirin yadigarı, gözəl şair,yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” iki hissəli faciə-məhəbbət odası əsərinin məşqələrinə başlanılıb. Az bir vaxtda oxucular arasında böyük maraqla qarşılanan “Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün Nəriman Ocaqlı və Ağalar İdrisoğlu ssenariləşdiriblər.Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaosa, vətəndaş müharibəsi təhlükəsinə, torpaqlarımızın erməni terrorçuları tərəfindən necə işğal olumnasına,hakimiyyət uğurunda mübarizəyə, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətə əl atmasına həsr olunub. Çox kəskin, dramatik süjetli bu pyesdə, qırmızı xəttlə nakam məhəbbət mötivləri də yer alır.Qızlarımızın səbirsiz olması, öz məhəbbəti yolunda vuruşmaması və kənar təsirlərə uyub özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalqla təsvir olunub. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halların tənqid olunması baxımından diqqət çəkir.

Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistetnti Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artsistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Afət Əliyeva, Elmira İbrahimova, Firuz Hacıyev, Məlahət Ağayeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tamaşaçılara təqdim edəcəklər.Tamaşa oktyabrın ikinci yarısında  təhvili veriləcək
Sentyabr ayının 16-da isə Mingəçevir Dövlət Dram Teatrı, dünya şöhrətli məhşur ispan dramaturqu Federiko Qarsio Lorkanın “Qanlı toy” əsəri ilə tamaşaçılarla görüşəcək. Bu tamaşanı ispan dilindən Azərbaycan dlinə Əfqan Xəlilli tərcümə eləyib. Bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olacaq. Tamaşanın qruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimançı, musiqi tərtibatçısı Ramiq Nəsirov, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır. Keçən mövsümün sonunda təhvil verilən “Qanlı toy” tamaşası və Xalq artisti Valeh Kərimovun quruluşçu rejissoru olduğu Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) tamaşası, inanırıq ki, Mingəçevir və qonşu rayon tamaşaçılarının sevdikləri və böyük həvəslə baxdığı tamaşalar olacaqlar. Onu da vurğulamaq istəyirik ki, teatra Əməkdar artist Akif Mirabovun, təcrübəli aktyorlar Təvəkkül Əhmədovun, Nəsibxan Əliyevin yenidən qayıtması və teatra dəvət olunan Xalq aristi Valeh Kərimovun bu teatrın səhnəsində tamaşalar hazırlaması, rollar oynaması təkcə kollektivdə yox, həm də Mingəçevir tamaşaçılrında böyük maraq yaradıb.

Mingəçevir Dövlət Dram Teatrının Mətbuat xidməti

Your email address will not be published.