İmam Hüseyn məktəbi,yoxsa…?-Səməd Vəkilov yazır

0 551

Bu gün riyakar Kufəlilərin İmam Hüseyni aldatdığı gündür. Küfəlilər İmama on min məktub göndərək Yezidlə mübarizəyə səslədilər, amma yarı yolda qoyub qaçdılar.

Həzrəti Əli (ə) Küfəlilərə nahaq yerə Tfu sizin üzünüzə kufəlilər! deməmişdi. Amma Peyğəmbər tərbiyəsi görmüş İmam Huseyin şəhid olacağını bilsədə zülmə istibdada boyun əymədi.
Bu gün xeyirlə-şərin mübarizəsi, xeyirin şər üzərində qələbəsi günüdür. Bu gün haqsızlığa zülmə boyun əymədən şəhid olmağın təntənəsi günüdür. Haqq nazilər amma üzülməz deyib atalar. İmam Hüseyin öz hərəkətləri ilə göstərdi ki, haqqı yaşatmaq insana həyatı bahasına da başa gələ bilər, amma bunu bacarmaq mümkündür. İmam Hüseyn uca şəxsiyyəti ilə haqq naminə şəhidliyin örnəyini yaratdı. İmam Hüseynə sevgi insanların haqq sevgisindən irəli gəlir. Bu günə Azərbaycanın demək olar ki, hər yerində ehtiram olunur. Məhərrəm ayı başlayandan ölkədə şadlıq evləri fəaliyyətini dayandırır. Bu məsələdə Azərbaycanlılar məhzəb təəsübkeşliyi göstərmədən birmənalı olaraq bu məsələdə həmrəylik nümayiş etdirirlər. İnsanlar İmam Hüseyni sevir, adını yaşadır, övladlarına Hüseyin adı qoyur. Amma Yezid adını heç kim uşağına qoymur.Yezid yalnız tarixdə hakimiyyət hərisliyindən Peyğəmbər ailəsini qətlə yetirən qatil kimi qalıb.
İmam Hüseyin şəhiddir. “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə surəsi, 154-cü ayə)

Əslində bu haqq sevgisi elə bizi birləşdirən dəyərdir. Amma biz bunu milli ideologiyaya çevirə bilmirik.
İmam Hüseynin daha çox məzlum obrazında təssəvür edir çoxları. Amma qətiyyən belə hesab etmək olmaz. İmam Hüseyin məzulm haqqı əlindən alınmış birisi deyildir. İmam Hüseyin haqq yolunda şəhid olmağı bacaran bir sərkərdə, qorxmazlıq, cəsurluq nümunəsidir. Haqq aşiqidir.

Səməd Vəkilov

Hüquqşünas

Your email address will not be published.