Məhkəmə sədri güllələndi-AZƏRBAYCANDA-FOTOLAR

0 294

Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb.

KANAL32.AZ “Report”a istinadən xəbər verir ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib.

F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“Report”un əldə etdiyi məlumkata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

          

Your email address will not be published.