Kürdəmirdən xəbər var-FOTOLAR

0 596

Kanal32.az xəbər verir ki,sentyabrın 14-də Muğanlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun və Millət vəkili Rafael Hüseynovun iştirakı ilə görüş keçirilib.

Muğanlı kənd tam orta məktəbində təşkil olunan görüşdə məktəbin kollektivi və kənd sakinləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki,ölkə rəhbərimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda 38 yeni müasir standartlara cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilib, “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış massivi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilib və kənd yolları yenidən qurulub.

İcra başçısı qeyd edib ki,ümumi icbari  təhsilin  yerinə yetirilməsində çətinlik yaradan problemlər var.Əsas problemlərdən biri də bəzi kəndlərin ətraf ərazidəki məktəblərdən xeyli aralı məsafədə yerləşməsidir.”Belə  məktəblərdən  birinin də  Muğanlı kənd ümumi orta məktəbidir.Amma,bütün bunalar baxmayaraq,bu qəbildən olan çətinliklərin aradan qaldırılması istiqamətində işlər aparılır.Bunun bariz nümunəsi kimi artıq müvafiq qərarla Muğanlı kənd ümumi orta məktəbi bu tədris ilindən şagirdlərə tam orta təhsil verəcək”-deyə icra başçısı bildirib.

Həmçinin,Ceyhun Cəfərov bu münasibətlə kənd sakinlərini və məktəbin kollektivini təbrik edib və təhsil sahəsində uğurla arzulayıb.O da vurğulanıb ki,hazırda rayonun Təklə, Öyləqulu kənd ümumi orta və Bağman kənd tam orta məktəbləri yanında modul tipli yeni məktəb binalarının tikintisi başa çatmaq üzrədir və bundan əlavə  Təhsil  Nazirliyinin sifarişi əsasında şəhər 1 saylı tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılıb,o cümlədən,Qarasu kəndində yeni məktəb binasının tikilməsi nəzərdə tutulub..

Sakinlərlə keçirilən görüşdə çıxış edən Millət vəkili,professor  Rafael Hüseynov Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda təhsil sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.Qazanılan elmi uğurlardan danışıb.

Görüşün sonunda kənd ziyalısı Elimxan Piriyev, ağsaqqallar- Ayazxan Hüseynov, İskəndər Piriyev və başqaları çıxış edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər və ölkə rəhbəri cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə ediblər.

Kanal32.az

Your email address will not be published.