Mingəçevirdə oğrunun yaxalanma anı-ÖZƏL FOTOLAR

0 466

Mingəçevir şəhərindəki Yeni köçükün qəsəbəsində yerləşən uşaq bağçasından oğurluq edən şəxs tutulub.

Kanal32.az xəbər verir ki,sentyabrın 14-dən 15-ə keçən gecə 11 ədəd 9 mətəbəli binadan ibarət köçkün qəsəbəsindəki “Nur” körpələr evi-uşaq bağçasından oğurluq olub.Cinayəti törədən şəxs körpələr evindən xalça və bir neçə məişət əşyası aparıb.Amma,oğru uzağa gedə bilməyib.Elə səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-axtarış böləmsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbəni tərk etməyə cəhd edən şübhəli şəxs tutulub.Saxlanılan zaman o, polislərə müqavimət göstərməyə çalışsa da,onu zərərsizləşdiriblər.

Araşdırma zamanı məlum olub ki,oğurluğu törətməkdə şübhəli bilinən şəxs adıçəkilən qəsəbədə məskunlaşan Şuşa rayon sakini İsgəndər Rzayevdir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində AR.CM-nın müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

KANAL32.AZ

Your email address will not be published.