Mingəçevir xəstəxanasında kimlərin qanı batırılır?

0 1. 052

 Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi- direktoru Könül Ələkbərovun özbaşınalıqları davam edir.

Hətta,arxasında böyük adamların dayandığını hər addımbaşı vurğulayan bu şəxs inanılmaz addımlar atır:Uşaq ölümləri ilə bağlı rəqəmlər gizlədilir.Çernobıl əlliləri lağa qoyulur,incidilir və aşağılanır.Xəstəxanadakı dözülməz idarəetməyə,özbaşınalıqlara etiraz edərək özünü yandıran Aprel qazisi İmamverdi İsmayılovun qanını batırmaq üçün isə çirkin işlər aparılır…

Öncə başlayaq uşaq ölümlərindən…

Readksiyaya məlumat verən mənbənin sözlərinə görə,Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümləri sürətlə artır.Artıq orada çalışan bir neçə vicdanlı həkim bu haldan ciddi narahatlıq keçirilirlər.Xəstəxana rəhbərliyi isə hər vəchlə movcud problemi “yuxarılar”dan və ictimaiyyətdən gizlətməyə çalışır.Məsələnin olduqca mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq,redaksiyamız kiçik bir araşdırma aparıb.Xəstəxanadakı mənbəmizdən əldə etdiyimiz məlumata görə,ötən illə müqayisədə bu il uşaq ölümlərində kəskin artım qeydə alınıb.Belə ki,2018-ci il ərazində Doğum şöbəsində 8 uşaq diri doğularaq ölüb,14 uşaq isə ölü doğulub.2019-cu ilin 8 ayı ərzində isə qeydə alınan rəqəm faciəvidir-18 uşaq diri doğulub və ölüb.Ölü doğulan uşaqların sayı isə 5 olub.Xəstəxananın digər şöbələrində isə son 8 ayda ümumilikdə 90-a yaxın ölüm halı baş verib.Mütəxəssislər hesab edir ki,bu rəqəmlər olduqca ciddi rəqəmlədir və aidiyyatı qurumların operativ şəkildə müdaxiləsi qaçılmazdır.Movcud faciəvi durumun səbəbləri obyektiv şəkildə peşəkar ekspertlər tərəfindən araşıdırılmalıdır.Cənablar,axı gələcəyimiz olan uşaqlar bilərəkdən(!?) və  ya bilməyərəkdən,yaxud da qeyri-peşəkarlıqdan,biganəlikdən məhv edilir!

Xəstəxanadakı özbaşınalıqlara etiraz edərək özünü yandıran Aprel qazisi İmamverdi İsmayılovun qanını batırmaq üçün isə çirkin işlər aparılır…

Bunu redaksiyamıza zəng edən  özünün yandıraraq dünyasını dəyişən Aprel döyüşçüsünün bacısı Samirə İsmayılova deyib.Onun sözlərin görə, xəstəxana direktoru Könül Ələkbərovun xüsusi tapşırığı ilə həkimlərdən və digər tibb işçilərindən imza toplanıb.Məqsəd isə iyunun 28-də xəstəxanadakı biabırçı idarəetməyə,həkim biganəliyinə,özbaşınalıqlara etiraz edərək özünün yandıran Aprel qazisi İmamverdi İsmayılovun ölümündəki günahkarların müdafiəsini təşkil etmək və öz qanunsuz əməllərini ört-basdır etməkdir.Bu çirkin addımla xəstəxana rəhbərliyi topladıqları imzaları istintaqa təqdim etməklə həmin gün məlum insidentin iştirakçısı olmuş həkim Elxan Cəfərovun müdafiəsini təşkil etmək  istəyir.Samirə İsmayılova onu da bildirib ki,yaxın qohumları olan Mingəçevirin İcra başçısı İlham İsmayılov da xəstəxanada baş verənlərin ört-basıdr olunmasında maraqlıdır və müxtəlif təzyiq metodlarından istifadə etməklə bizi susdurmaq istəyir.”Ancaq bizi bacılar yeganə qardaşımızın ölümünə baiskar olanların cəzasız qalmasına heç bir vəchlə yol verməyəcəyik.Artıq Mingəçevir xəstəxanasındakı qanunsuzlaqlar bağlı,ailəmizə yönəlik qeyri-insani münasibətlə bağlı,qardaşımızın ölümündə günahkar olanların ən sərt şəkildə cəzalandırılması ilə bağlı ölkə başçısı hörmətli İlham Əliyevə,1-ci vitse-prezident Mehriban xanıma,Baş prokurorluğa müraciət etmişəm.Və mübarizəmi sona kimi nəfəsimə kimi davam etdirəcəyəm” .-deyə o vurğulayıb.

Onu da qeyd edək ki,”ürəyi yumuşaqlığı” və “insansevərliyi “ilə Mingəçevirdə ad çıxarmış Könül Ələkbərov özünün yandıran Aprel qazisinin həyat yoldaşını hadisədən bir neçə gün sonra xəstəxanda işlə təmin edib.

  Dövlətimizin milyonlarla vəsait ayırdığı İcbari tibbi sığortanın tətbiq olunduğu Mingəçevirdə     (o cümlədən Ağdaşda) sistemli,keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsinə mane olan amillər var.

Oxucuların diqqətinə çatdıraq ki,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən 2017-ci ildə 24.5 milyon, 2018-ci ildə isə təxminən 37 milyon manat vəsait ayrılıb.2019-cu il üçün ayrılan vəsaitin məbləği ilə bağlı isə ziddiyyətli rəqəmlər səsləndirilir.Çünki söhbət daha böyük vəsaitlərdən gedir…

Bütün hallarda son 3 ildə davamlı olaraq vurğulanır ki,dövlətimizin on milyonlarla vəsait ayırdığı İcbari Tibbi Sığorta layihəsi çərçivəsində tibbi xidmətin keyfiyyəti artırılmalı və hər bir vətəndaş üçün tibbi xidmət əlçatan olmalıdır.Əslində isə dövlətimiz üzərinə düşən ilkin missiyanı yerinə yetirib.Növbəti addımları atamaq isə aidiyyatı qurumların üzərinə düşür və onlar bu layihəni effektiv şəkildə icra etməlidir.(?)Bu zaman isə sullar yaranır:

-Bəs hörmətli prezidentimizin dəstək göstərdiyi belə bir mühüm və gözəl layihənin Mingəçevirdə (Yevlaxda isə belə ciddi problemlər yoxdur) icrası zamanı yerli səviyyədə nələr baş verir ki,xeyli sayda problemlər var?

-Görəsən,problem İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinnin işini düzgün qura bilməməsidir,yerli səviyyədə yarıtmaz idarəetmədədir,savadsız kadrlardır,yoxsa kadr çatışmazlığıdır? 

-Niyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,Milli Məclisin Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi Mingəçevir xəstəxanasındakı movcud problemlərin araşdırılması üçün obyektiv monitorinqlər təşkil etmirlər?

-Agentliyin rəhbəri Zaur Əliyev,onun müavini və şöbə müdirləri barəsində saysız hesabsız vətəndaş şikayətləri olan,məmura yaraşmayan kobud davranışları ilə ad çıxaran,işçilərinə yuxarıdan aşağıya baxan(sıravi işçilərə salam vermir),aili məhkəmənin qərarını ayaqlar altına ataraq icra etməyən,tabeliyində çalışan həkimi qeyri-etik küçə söyüşləri ilə təhqir edən (səs yazısı var və şəxsən Zaur Əliyevin elektron poçtuna göndərilib və böyük ehtimalla o, səsi utanaraq dinləyib) Könül Ələkbərovu niyə ciddi cəhdlə müdafiə edərək,əməllərinə göz yumurlar?

-Az qala hər həftə biri-birini əvəzləyən ölümlərin səbəbləri dəqiq araşdırılırmı və artan ölüm sayları cavabdeh şəxsləri heç düşündürümü?

-Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva,Baş nazirilin müavini Əli Əhmədov,Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov,Səhiyyə naziri Oqtay Şirəliyev,Mingəçevir xəstəxanasında son üç ildə yaşanan xeyli sayda biabırçı olaylardan heçmi xəbəriniz yoxdur???

Bütün sadalananlar aysberqin çox az görünən hissəsi,mövcud problemlərin və qanunsuzluqların sadəcə 5-6 faizidir.

Bu gün dövlətimizin,xalqımızın gələcəyinin,genefondunun əsasını təşkil edən uşaqların sağlamlığı aidiyyatı qurumların,səlahiyyət sahiblərinin və cəmiyyətimizin qarşısında duran ən başlıca vəzifədir.Və bu vəzifəni yerinə yetirməyən məmurlar sadəcə bu xalqa,bu dövlətə,onun prezidentinə xəyanət edənlərdir.Xalqla dövlət arasında uçurum yaradanlardır…

Növbəti yazılarımızda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında  baş verən və araşdırılması vacib olan digər tükürpədici olayları və qanun pozuntularını,büdcədən gizlədilən pulların necə silinməsini müvafiq dövlət qurumlarının və oxucuların diqqətinə çatdıracağıq.

Redaksiya olaraq bildiririk ki,yazdıa adıkeçən bütün qurumların və şəxslərin,o cümlədən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovun mövqeyini dərc etməyə hazırıq.

ARDI OLACAQ…

P.S.Ötən gün redaksiyamıza zəng edən bir neçə oxucumuz deyir ki,bəs şəhərdə gəzən söz-söhbətlərə görə,siz xəsətəxanadakı qanunsuzluqlarla bağlı araşdırma yazılarınızı dayandırmısınız.Guya Könül Ələkbərov və daydayları bizi susudurub və bizi yuxarılara çağıraraq tənbeh ediblər.Buradan bəyan ediəm ki,biz azad ölkədə yaşayırıq və hüquqi prinsiplərə əsaslanan haqlı mövqeyimə görə kimsə məni tənbeh edə bilməz.Bizim saytımız müstəqildir,kiminsə diqtəsi ilə oturub-durmuruq.Mənim jurnalistlik fəaliyyətim isə müstəqildir.Mən bütün qanımla,canımla dövlətimi sevirəm,önun rəhbərinə böyük sayğım var.Bəzi vəzifə hərisləri və kreslo düşkünləri kimi 4-5 partiya dəyişməmişəm.Əqidəm biridir.22 illik YAP üzvülüyüm dönəmində dövlətimizə xəyanət edənlərin əməllərinə heç vaxt göz yummamışam.Prezidentimizə xəyanət edən harın məmurları sərt şəkildə tənqid etmişəm və bu proses davam edəcək.

Müəllif:İnqilab Şirinbəyli 

KANAL32.AZ

Your email address will not be published.