İcra başçısı sakinlərlə görüşdü və vəd verdi

0 479

Kanal32.az Mingəçevir Şəhər İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki,sentyabrın 18-də şəhərin M.Maqomayev prospektindəki 50, 52 və 54 saylı yaşayış binalarının sakinləri ilə görüşüb.

Keçirilən səyyar görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan bəhs edib.O qeyd edib ki, Azərbaycanda geniş quruculuq, yenidənqurma işləri reallaşır, ölkənin ən ucqar bölgələrinə qaz xətti çəkilir, su-kanalizasiya sistemi yenidən qurulur, işıqlandırma sistemi müasirləşir, yaşıllıq zolaqları genişlənir, yeni və müasir məktəb binaları, mədəniyyət ocaqları, səhiyyə müəssisələri inşa olunur.  Regionlarda həyata keçirilən iqtisadi inkişaf Proqramı əslində əhalinin sosial-məişət şəraitinin yaxşılaşmasına xidmət göstərir. Şəhər rəhbəri dövlət başçısının cari ildə iki dəfə əhalinin sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı sərəncamlara əsasən minimum əmək haqqının, pensiyaların, məcburi köçkünlərə və müxtəlif kateqoriyadan olan insanlara verilən müavinətlərin artırıldığını, şəhid ailələrinə birdəfəlik  müavinətlərin verildiyini qeyd etməklə ölkə prezidentinin diqqət və qayğısını təqdir edib.

Sakinlər çıxışları ilə şəhərimizdə həyata keçirilən quruculuq işlərini, parkların, istirahət bağlarının müasirləşməsini, küçələrin asfaltlanmasını, məhəllələrin işıqlandırma sistemi ilə təchiz edilərək əsaslı tikinti işlərinin aparılmasını müsbət qarşılayıblar.  Eyni zamanda onları narahat edən istilik sisteminin bərpa edilməsi, binaların giriş hissələrinin təmir edilməsi, təhlükə yaradan ağacların budanması, dam örtüklərinin və kanalizasiya xətlərinin dəyişdirilməsi kimi məsələlərini şəhər rəhbərinin  diqqətinə çatdırıblar.

İcra başçısı İlham İsmayılov sonda qeyd edib ki, sizlərin qaldırdığı problemlər bizim fəaliyyətimizin əsas istiqamətləridir və hər bir problem ardıcıl olaraq  həllini tapacaqdır.

Your email address will not be published.