“Sahibsiz” Mingəçevir təhsili-FOTOFAKT

0 486

Mingəçevir məktəblərində su yoxdur.Qoxudan məktəblərə giriləsi deyil.Pul yığıma mövsümünə start verilib.Bir çox müəllimlər isə incidilir…

Bir müddət öncə “Kanal32” İnformasiya Agentliyi Mingəçevir təhsili ilə bağlı anons yayımlamışdı.Ötən müddət ərzində redaksiya olaraq apardığımız bir sıra araşdırmaları və daxil olan vətəndaş müraciətlərini dərc etmək üçün sistemləşdirmişik.Amma,araşdırma yazılarını dərc etməzdən əvvəl tədris ilin ilk günündə yaşanan utancverici vəziyyətlə bağlı məlumatı yaymaq məcburiyyətindəyik.

Söhbət iki gün öncə Mingəçevir şəhərinin 9 №-li  tam orta məktəbində baş verən olaydan gedir.Belə ki, 1-ci sinif şagirlərinin valideynləri məktəb direktoru Nazim Əliyevin atdığı qanunsuz addımla bağlı etiraz aksiyası keçiriblər.Aksiyanın keçirilməsinin səbəbi isə MİQ-dən keçərək müəllim işləmək hüququnu qazanmış Xəyalə adlı sinif müəlliməsinin uzaqlaşıdırılması və 1-ci sinif şagirdlərinin valideynlərin istəmədiyi müəllimə verilməsi olub.

Kanal32.az-a məlumat verən valideynlər bildirib ki,metodik cəhətdən zəif,hazırlıqsız olan müəllimin onların övladlarının oxuduğu sinifdə tədris aparmasına razı deyillər və onların mövqeyi nəzərə alınmalıdır.Ancaq məktəb direktoru valideynlərin istək və tələblərini rədd edib.Daha sonra valideynlər Mingəçevir Təhsil Şöbəsinə üz tutmalı olublar.Onları qəbul edən şöbə müdiri Sahib Məmmədov bildirib ki,nazirliyə ərzizə yazın və sizin tələbləriniz yəqin ki,yerinə yetiriləcək.Problem aradan qaldırılacaq.

Qeyd edək ki,mövcud problemlə bağlı şəhər icra hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə yaradan valideynlərə demək olar ki,eyni məzmunlu cavab verilib.

Görünən odur ki,hər ötən gün biri-birindən qəribə “yenilik”lər tətbiq edən Təhsil naziri Ceyhun Bayramov özündən əvvəlki nazirlərin “atasına rəhmət”oxudur.

Amma,Mingəçevir təhsilindəki problemlər heç də bununla bitmir.Yeni dərs ilinin ilk günündə,havanın bu isti vaxtında məktəblərdə su yoxdur.Bəli,düz eşitdiniz,dörd tərəfi az qala su ilə əhatə olunan Mingəçevirdə şagirdlərin istifadəsi üçü SU YOXDUR...Özü də nə içməli su,nə də texniki su…

Məktəblərə verilən su limiti ilə bağlı valideyin Elxan Rəşidov belə deyir: “Bu məktədə 1343 nəfər şagird təhsil alır. 4 hektar olan ərazisində ağaclar var. Bu şagirdləri və məktəbin digər su tələbatını hesbladıqda “Azərsu”nun verdiyi limitin yetmədiyini görürük. Uşaqların təbii ehtiyacları var. Bu uşaqlar məktəbdə olduğu 5-6 saat ərzində təbii ehtiyaclarını ödəməli deyil?Müəllimlər də deyir ki, içmək və digər işlər üçün istifadə etdiyimiz suyu evdən gətiririk. “Azərsu”nun verdiyi limit ilk dərs günündən qurtarır. Ayaqyolunun qoxusundan məktəbə girmək mümkün deyil. Məcburuq oranı bağlayaq.Bu cür şəraitdə böyüyən uşaqlardan hansı savad, hansı sağlamlıq gözləmək olar? Görünən odur ki, bəzi məmurlara sağlam nəsil deyil, xəstə, müti, qul lazımdır”.

“Yeniavaz”saytının bölgə müxbirinə açqılma verən Yevlax Regional Təhsil İdarəsi isə quşu lap gözündən vurub.

Problemin oktyabrda həll olunacağını bildirən idarənin əməkdaşı bildirib ki, “Bütün ümumtəhsil  və iki kənar təhsil müəsissəsinə ( 26 müəssisəmizə)  “Azərsu”ASC tərəfindən su sayğacları quraşdırılıb. Problem ondadır ki, bizim normativlə və məktəblərə yeni quraşdırılan su sayğaclarına ödəmələrimiz var. Normativlər ödəniləndən sonra smart kartlara ödənişlərimiz olacaq. Bu ayın axırından bütün kartlara məbləğ ödəniləcək. Oktyabr ayına heç bir problem qalmayacaq”.

Bir faktı da oxucuların və ictimaiyyətin diqqətinə çatdıraq ki,Təhsil naziri Ceyhun Bayramov axır ki,özündə güc taparaq,10 sentyabr 2019-cu il tarixdə “İntizam tənbehinin tətbiq edilməsi barədə” K-1381 №-li əmrlə yol verdiyi nöqsanlara görə Mingəçevir Təhsil Şöbəsinin müdiri Sahib Məmmədova TÖHMƏT verib.

Redaksiyamızın əldə etdiyi sözügedən əmrin surətini təqdim edirik:

Mingəçevir təhsilində baş verən digər şok qanun pozuntuları ilə bağlı araşdırma yazılarımız olacaq.Bizi izləməkdə davam edin…

ARDI OLACAQ…

KANAL32.AZ  

Your email address will not be published.