Problemlər həllini tapacaq-KÜRDƏMİRDƏ

0 536

İcra başçısı Ceyhun Cəfərov Qocalı kəndində sakinlərlə görüşüb,onların problemlərini dinləyib və…

Kürdəmir Rayon İcra Hakimiyyətindən Kanal32.az-a verilən məlumata görə,sentyabrın 19-da İcra başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.

Qəbulda Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə,Pirəköçə, Beyi və Qocalı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının,idarə ,müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda giriş nitqi ilə çıxış edərən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ölkə Prezidentinin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat verib. Qeyd edib ki, respublikada həyata keçirilən uğurlu iqtisadi-sosial siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir.

İcra başçısı onu da vurğulayıb ki, Ölkə prezidentinin sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur.

Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsini, kəndin zinə suyunu axıdan kanalların təmizlənməsi, nümayəndəlik ərazisində internet şəbəkəsinin olmamasını, kəndarası yolların təmiri, əkin sahələrin suvaran kanalların təmizlənməsi, məşğulluq məsələləri, təhsil və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Çıxış edən kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Görüçün sonda İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov sadalanan və qaldırılan bütün problemlərin həll olunması üçün rayon yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Kanal32.az

Your email address will not be published.