“Kürün işğalı dövlətə qarşı çıxmaq deməkdir”-ETİRAZ-FOTOLAR

0 811

Kanal32.az xəbər verir ki,Mingəçevir sakinləri “SƏDƏRƏK YUSİF”İN EKOLOJİ ‘TERROR’una görə etiraz aksiyası keçiriblər və Preizdentdən kömək istəyiblər.

Xəbər veriyimiz kimi 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz tikililərlə bağlı son 4 ayda bir neçə dəfə Prezident İlham Əliyevə ,o cümlədən Azbelediyye.az Kanal32.az saytlarına müraciət məktubu ünvanlanıb.

BU GÜNƏ KİMİ REAL NƏTİCƏ YOXDUR VƏ QANNLAR AYAQLAR ALTINA  ATILIR…

Məsələ ilə bağlı 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Kanal32.az saytının nümayəndələrinin iştirakı ilə tikinti yerinə iyun və iyul aylarında baxış keçiriblər.Hüquqpozmaların olduğu müəyyən edildiyindən müvafiq akt tərtib olunub,İnzibati Xətallar Məcəlləsinin tələblərinə uyğun cərimə kəsilib və qanunsuz tikilinin dayandırılması üçün aidiyyatı qurumlara müraciət edilib. Ancaq bu günə qədər heç bir nəticə olmayıb.Bir sözlə,8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları üzərlərinə düşən vəzifəni yerinə yetirərək, yol verilmiş qanun pozuntusuna görə müvafiq addımlar atıblar.Digər müvafiq qurumların və yerli İcra hakimiyyətinin isə “səsi batıb”.

QANUNSUZLUQLARA VƏ SAYMAZYANA MÜNASİBƏTƏ DÖZƏ BİLMƏYƏN SAKİNLƏR ƏRAZİYƏ GƏLƏRƏK ETİRAZLARINI BİLDİRİBLƏR…

Qanunsuz tikinti aparılan əraziyə gələn Qarabağ qaziləri,Çernobıl əlilləri və 30 nəfərə yaxın şəhər sakini ölkə başçıs hörmətli Cənab İlham Əliyevə və hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər:“Mingəçevirlilərin sevimlisi kimi Sizdən xahiş edirik ki,dərhal bu özbaşınalığıa və qanun pozuntusuna müdaxilə edəsiniz.Kür çayı sürətlə zəbt olunur.Ekoloji cəhətdən tam çirkləndilir.Artıq çayı görmək,onun havasını udmaq mükünsüzə çevrilir.Şəhərin icra başçısı sakinlərin bu haqlı tələblərini eşitmək istəmir.memarlıq və tikinti şöbəsinin müdiri Etibar Abdullayev kiçik sahibkarları xırda pozuntulara görə hüquq-mühafizə orqanlarıan verir.Amma,Kür çayının içərisini 1000 kv.m.işğal etmiş,mövcud tikinti normalarını pozmuş “DEKA” ŞİRKƏTİNƏ isə bir dəfə də olsun “gözün üstə qaşın var” deməyib.Hətta,problemi işqılandıran juranlistələr təhdid olunur.Onlara müxtəlif üsullarla hədfə-qorxu gəlinir.Cənab Prezident,hörmətli Mehriban xanım,icra başçısı və iş adamı Yusif Qədimbəyli insanları dövlətdən narazı salmaqla məşğuldur.Buna tam əmin olun.Kürün işğalı dövlətə qarşı çıxmaq deməkdir.haqqı tapdanan 130 min mingəçevirlinin ümidi Sizədir.Səsimizə səs verin”.

Şəhərin ən strateji hissəsi,ekoloji baxımdan qorunması vacib olan Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku reqatası keçirlən hissəsinində “Sədərək Yusif”ə məxsus olduğu deyilən “DEKA”şirkəti saymazyana şəkildə tikintini davam etdirir.Baxmayaarq ki,qanunla nəzrdə tutulmuş qayda dayandırlma tələbi var…

Qeyd edək ki,Kür çayının sol sahilindəki gəzinti zolağının(Bulvarın) ümumi uzunluğu 820 metrdir.Və bu ərazi Mingəçevir şəhərində bəlkə də yeganə məkandır ki,insanların normal təbii istirahəti üçün əlverişlidir.Çünki şəhər sakinləri,buraya gələn qonaqlar,xüsusən də ürək və astma-bronxit xəstəliklərindən əziyyət çəkənlər təmiz hava udmaq və Kür çayının gözəlliyini duymaq üçün ancaq bu 820 metrlik gəzinti zolağlndan istifadə edir.Daha doğrusu edib…Hər ötən ay isə bu məsafə daralır.Artıq 200 metrə yaxın məsafə zəbt olunaraq,çayın görülməsi məhdudlaşdırılıb.Həmçinin,ərazidə tüstüdən,kabab iyindən,suyun içindəki “İnci” və “Liman” kafelərindəki səs-küydən dayanmaq olmur.

Onu da oxucuların və müvafiq qurumların diqqətinə çatdıraq ki,Kür çaynın içərsinin satılması, “işğalı” və ekoloji terrorla üz-üzə qalması problemini “Kanal32” İnformasiya Agentliyi və azbelediyye.az saytı gündəmə gətirib.

Artıq bir neçə gündür ki,Kanal32.az saytının rəhbəri,AJB-nin üzvü,Həsən bəy Zərdabi mükafatı laueratı İnqilab Şirinbəyli və saytın əməkdaşı İxtiyar Həsənli təhdid olunur və onlara müxtəlif “elçi”lər vasitəsi ilə “ağıllı” olmaları və dövlətini,prezidentini müdafiə etmək istiqamətindəki addımlarından geri çəkilmələri tələb olunur.

KANAL32.AZ

Your email address will not be published.