Məcburi köçkün şərlənərək evi əlindən alınır-VİDEO

0 716

Keçmiş məmurun qızı və polis bacısı məcburi köçkünü  şərləyərək evini əlindən alır.Onun son ümidi isə məhkəmələr yox,Preizdent İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.

Kəlbəcər rayonunun Mollabayramlı kəndindən məcburi köçkün gəlmiş və hazırda Yevlax rayonunun Havarlı kəndində yaşayan Quliyev Bəkir Kamran oğlu üzləşdiyi haqsızlıqla bağlı Kanal32.az-a müraciət edib.

Onun sözlərinə görə,1997-ci ildə Havarlı kəndinin girişində yerləşən avtomobil təmiri sexində məskunlaşıb.Ağır köçkün həyatında min-bir əziyyətlə körpə uşaqlarını məhz orada böyüdüb.Sonradan isə 25 sot torpaqda yerləşən həmin tikilini sahibi Məmmədova Tünzalə İdris qızından iki dəfəyə(5.000.000+4.500.000) verməklə o vaxtkı pulla 9 milyon 500 min manata alıb.Həmin ərəfədə ev və torpaq səndləşməsində çətinliklər olduğundan Məmmədova Tünzalə torpağı alan Quliyev Bəkirə deyib ki,biz tanınmış nəsilik,heç bir narahtçılıq olmaz.Torpağın bizim adımızda olmasına görə heç bir problem yaşanmaz.

Amma,2012-ci ildə bu tanınmış nəslin(həqiqətən də uzun illər Mədəniyyət şöbəsinin müdiri işləmiş və 4-5 icra başçısı ilə ustaqlıqla dil tapmış İdris müəllimi Mingəçevirdə hər kəs tanıyır) nümayəndəsi Məmmədova Tünzalə İdris qızı Yevlax rayon Məhkəməsində iddia qaldıraraq məcburi köçkün ailəsinin torpaq sahəsindən və “ev”dən çıxarılmasını tələb edib.Hələ bu azmış kimi iddiaçının ədalət və hüquq təmsilçisi olan qardaşı polis mayoru  Məmmədov Azər İdris oğlu da “şahid” qismində çıxış edib.Yevlax Rayon Məhkəməsində Qələmdar Abbasovun sədrliyi ilə keçirlən məhkəmə prosesində iddiaçı gülməli arqumentlə çıxış edib və bildirib ki, Quliyev Bəkirin bizə verdiyi 9 milyon 500 min manat pul bir dəfəyə ödənilmiş kirayə pulu olub.(yəqin hər kəsə gün kimi aydındır ki,həmin dövrdə bu məbləğə normal ev almaq mükün idi)Hakim bununla yanaşı bir neçə kənd sakinini,kənd İcra nümayəndəsini və kənd Bələdiyyəsini şahid qismində məhkəməyə dəvət edib və dindirib.Bütn şahidlər birmənalı şəkildə ifadə verərək bildiriblər ki,həqiqətən də məcburi köçkün olan Quliyev Bakir həmin həyətyanı torpaq sahəsini və onun içindəki daxalı heyvanlarını satmaqla alıb və həmin pulları iddiaçıya ödəyib.

-ŞAHİD QONŞULAR-

Prosesin yekunu olaraq Yevlax məhkəməsinin hakimi Qələmdar Abbasov ilkin iddianı rədd edilməsi və Quliyev Bakirin həyatı yoldaşı Quliyeva Azadə Göyəndik qızının qarşılıqlı iddiasını təmin edilməsi ilə bağlı qətnamə çıxarıb..Qərarda qeyd edilib ki, Quliyeva Azadə Göyəndik qızı ilə Məmmədova Tünzalə İdris qızı arasında Yevlax arayonunun Havarlı Kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və orada yerləşən 3 otaqlı yaşayış  evinə dair əqd bağlanmış hesab edilsin və həmin həyətyanı torpaq sahəsinə və 3 otaqlı yaşayış evinə Quliyeva Azadə Göyəndik qızının mülkiyyət hüququ tanınsın.

Ancaq köçkünə məxsus mülkiyyətin ələ keçirilməsi istiqamətində iddialarını davam etdirən Məmmədova Tünzalə İdris qızı Şəki Apellasiya Məhkəməsinin qərarı ilə ilkin instansiya məhkəməsinin qərarını ləğv etdirib.Quliyev Bakirin sözlərinə görə,çox maraqlıdır ki, Şəki Apellasiya Məhkəməsi kənd sakinlərindən və kənd icra nümayəndələrindən ibarət şahidləri məhkəmə iclasına dəvət etsə də,onların heç birisini dindirməyib.Heç bir mövqe öyrənmədən “azərbaycansayağı” qərar çıxarıb.Bir sözlə,qətanmədə göstərilib ki,biz ailəlikcə bu evdən çıxarılmalıyıq və 22 ildir ki,min-bir əziyyətlə yaratdığım məhlə çox asanlıqla Məmmədova Tünzalə İdris qızının mülkiyyətinə verilməlidir.Odur ki,mən tapdanmış hüquqlarımın bərpası və mənə qarşı edilmiş məhkəmə haqsızlığına görə ölkəmizin başçısı çox hörmətli İlham Əliyevdən təcili kömək istəyirəm.Əks halda mən 25 sentyabr 2019-cu il tarixdə Yevlax məhkəməsinin hakimi Günay Cavdovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində həyətyanı sahədən və evdən çıxarılma qərarı ilə üzləşəcəm.Artıq mən məhkəmələrin ədalətinə inanmıram!

Onu qeyd edək ki,Kanal32.az-ın əməkdaşı ilə söhbət zamanı Havarlı kənd sakinləri olan qonşular bir daha Quliyev Bakirin haqlı olduğunu,onun 15 baş heyvanını sataraq pulu ödədiyini bildirdilər.Və prezidentimizin və 1-ci vitse-prezident Mehriban Əliyevanın onlara kömək etməsini  israrla xahiş etdilər.

Görəsən,Şəki Apellasiya Məhkəməsi onu da bilmir ki,Ümummilli liderimiz,o zamankı prezident Heydər Əliyevin məcburi köçkünlərin məskunlaşdığı və yaşadığı yerlərdən çıxarılması ilə bağlı xüsusi göstərişi var.Həmin qərarda göstərilir ki,1998-ci ilə qədər məskunlaşmış məcburi köçkün və qaçqınlar yaşadıqları yerdən çıxarıla bilməz.Redaksiya olaraq ümid edirk ki,ən azından Yevlax məhkəməsinin hakimi Günay Cavdova bunu nəzərə alacaq.O ki də qala yaşadığı evi halal zəhməti ilə qazandığı pulla alan məcburi köçkün ola…

KANAL32.AZ

Məcburi köçkünün “ev”indən FOTOLAR

Your email address will not be published.