Yaşamaq üçün bu gəncə kömək edin!-VİDEO

0 560

Yevlax  şəhər sakini 1-ci qrup əlil  33 yaşlı Ravil Əsədov 2 ildir ki, yataq xəstəsidir.Onun müalicəsinə kömək etmək lazımdır.

Kanal32.az “Yeniavaz”a istinadən xəbər verir ki, o, 2017-ci ildə Kür çayında çimərkən suya baş vurması nəticəsində bu vəziyyətə düşüb. Nəticədə Ə. Ravilə qapalı fəqərə sütunun və onurğa beyin travması, C6C7 fəqərələrinin kompression fəsadlaşmış sınığı, tetraplegiya və çanaq üzvlərinin funkisyasının pozulması diaqnozu qoyulub. Bakı şəhərində əməliyyat olunsa da, müalicənin davamını etdirməyə ailənin imkanı çatmayıb. Həkimlər ona bildiriblər ki, güclü müalicələr və masaj davamlı olaraq etdirilməlidir.
Ravil ayağa qalxmaq istədiyini deyir: “Mən ayağa qalxmaq istəyirəm.Onun da müalicəsi ancaq Almaniyada və Türkiyədədir. Buna da ailəmizin imkanı çatmır. Xəstə, ayaqları şikəst anamın, yaşlı atamın imkanları yoxdur. Mənə qardaşımın yoldaşı qulluq edir. Mən imkanlı şəxslərə üzümü tutub kömək istəyirəm”.
Ə. Ravil bu hadisə baş verənə kimi, FHN-in qəza xidmətində traktorçu vəzifəsində işləyirdi. Hadisədən sonra o, 6 illik həyat yoldaşı ilə də ayrılıb.
160 manat aldığı pensiya ilə dolana bilməyən bu ailə imkanlı şəxslərdən oğulları üçün kömək istəyirlər. “Hər bir valideynin arzusudur ki, övladı sağ-salamat olsun. Oğlum gözlərimin qarşısında əzab-əziyyət çəkir. Mən də bir ana kimi  hər kəsdən xahiş edirəm ki, kimin gücü nəyə çatırsa yardım etsin” – deyə Ravilin anası bildirib.

Kart hesabının artırılması: 4169 7413 6049 8792
Bank hesabı: AZ89AIIB410100A9448852525180
Əlaqə telefonu: +994 55 699 32 05


Readksiya olaraq ümid edirk və inanınırıq ki,olduqca imkansız vəziyyətdə olan bu ailəyə kömək əli uzadan tapılacaq.

Your email address will not be published.