Kürün işğalı ilə bağlı Prezidentə müraciət edildi-VİDEO

0 1. 205

Kanal32.az xəbər verir ki,sentyabrın 23-də “Sədərək Yusif”in “EKOLOJİ TERROR”una qarşı etiraz aksiyası keçirən Mingəçevir sakinləri Preizdent İlham Əliyevə videomüraciət ünvanlayıblar.

“Cənab Prezident,bizə kömək edin!Kür işğal olunur!”

Kürün gəzinti zolağında qanunsuz tikinti aparılan əraziyə gələn Qarabağ qaziləri,Çernobıl əlilləri və 30 nəfərə yaxın şəhər sakini ölkə başçıs hörmətli Cənab İlham Əliyevə və hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər:

Qeyd edək ki,şəhərin ən strateji nöqtələrindən biri,ekoloji baxımdan qorunması vacib olan Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsinində “Sədərək Yusif”ə məxsus olduğu deyilən “DEKA”şirkəti saymazyana şəkildə tikintini davam etdirir.Baxmayaarq ki,qanunla nəzrdə tutulmuş qayda dayandırlma tələbi var…

Oxucuların və müvafiq qurumların diqqətinə çatdıraq ki,Kür çaynın içərsinin satılması, “işğalı” və ekoloji terrorla üz-üzə qalması problemini “Kanal32” İnformasiya Agentliyi və azbelediyye.az saytı gündəmə gətirib.

Onu da xüsusi vurğulayaq ki,artıq bir neçə gündür ki,Kanal32.az saytının rəhbəri,AJB-nin üzvü,Həsən bəy Zərdabi mükafatı laueratı İnqilab Şirinbəyli və saytın əməkdaşı İxtiyar Həsənli təhdid olunur və onlara müxtəlif “elçi”lər vasitəsi ilə “ağıllı” olmaları və dövlətini,prezidentini müdafiə etmək istiqamətindəki addımlarından geri çəkilmələri tələb olunur.

KANAL32.AZ

Your email address will not be published.