“Nəsimi günləri”başladı-GÜRCÜSTANDA

0 476

Nəsiminin zəngin fəlsəfi irsi Gürcüstanda təbliğ ediləcək.

Kanal32.az xəbər verir ki,Jurnalist Qadınlar Assosiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gürcüstan respublikasında “Nəsimi günləri”adlı layihəyə start verib.

Layihənin məqsədi Nəsimi irsini Gürcüstanda yaşayan və gürcü dilində yazan ədiblərə tanıtmaq və dahi şairin yaradıcılığı ilə tanış etməkdir.Hazırlanamış tədbirlər planına uyğun olaraq Tiblisidə “Nəsimi günləri” keçiriləcək və alimlərinin,ədəbiyyatşünaslarının iştirakı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi ətrafında müzakirələr aparılacaq.Müxtəlif səpkili tədbirlər həyata keçiriləcək.

Xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş dahi söz ustadı İmadəddin Nəsiminin yaradıcılığının insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rolu Şərq dünyasına məlum olsa da,bu gün qonşu ölkələrdə klassik ədəbiyyatımız haqqında heç də ətraflı bilgilər yoxdur.Elə layihənin əsas məqsədlərindən biri də ədəbi-bədii və mədəni nümunlərimizi Gürcüstanda təbliğ etməkdir.

Layihə çərçivəsində Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı,Nəsimi şeiriyyətini elmi-ədəbi fikrin diqqət mərkəzinə gətirməklə,bunun qonşu Gürücüstanda da təbliğ edilməsi dostluq və qardaşlıq münasibətlərini daha da yaxşılaşdıracaq.

Xatırladaq ki,Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktual olduğu,milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıdğı üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev imzaladığı sərəncamla 2019-cu il “Nəsimi ili” elan edib.

Kanal32.az

Your email address will not be published.