Daha bir deputatın da borcu üzə çıxır-ANONS-ÖZƏL

0 737

Çox tanınmış Millət vəkillərindən biri ilə bağlı ŞOK məlumatlar var…13 min dollar +…və…

Son günlər Azərbaycan mediasının və Azərbaycan cəmiyyətin gündəmini bir xəbər demək olar ki,tam şəkildə zəbt etdi.Təbii ki,söhbət sabiq Millət vəkili Rafael Cəbrayılovun  külli miqdarda borc qalmaqalından gedir.Ardınca isə mətbuat səhifələrində daha bir oxşar hadisə trajlandı ki,bəs deputat Çingiz Qənizadənin də kiməsə borcu var.

Bu günlərdə isə redaksiyamıza Millət vəkillərindən biri ilə bağlı olduqca ilginc məlumat daxil olub.Hətta,10-a yaxın səs yazısı.Hansı ki həmin deputatın borclu olduğunu və 5 ilə yaxın bir müddətdə həmin borcu qaytarmamasını təsdiq edir.Bəs bu Millət vəkili kimdir?

Readksiya olaraq araşdırma apardığımızdan hələ ki həmin şəxsin adını açıqlamırıq.Amma,onun bəzi detallarını belə təsvir edərdik:

-Bu deputat sosial şəbəkələrdə olduqca fəaldır

-Özünün yaratdığı görüntü ilə dövlətini,xalqını çox sevidiyini davamlı olaraq nümayiş etdirir

-Yeni Azərbaycan Partiyasının üzvüdür

-Məcburi köçkünün pulunu mənimsəyən bu şəxs  yağlı danışqları ilə xeyli sayda insanın rəğbətini qazanıb

-Çox usta siyasətçi təsiri bağışlayır və lazımı məqamlarda manevr etmək bacarıqlarına malikdir

-Borclu oldğu gənc məcburi köçükün pulu hesabına xaricə istirahətə də gedib

-Neçə illərdir ki,borcunu qaytarmadığı şəxsi davranışları ilə dövlətdən küsdürüb

-Borclu olduğu məcburi köçkünün ailəsi məhz onunla yaranmış münqişə səbəbindən dağılıb

-Onun borc məsələsini çox dəyərli deputatlarımızdan biri də bilir və həmin məcburi köçkünlə bir neçə dəfə söhbət də edib ki,səbrli olsun yəqin ki,borclu deputat yaranmış vəziyyəti özünə sığışdırmaz ,pulunu geri qaytarar

-Hətta,bu universitet müəllim olan Millət vəkilinin evində iki ədəd bahalı ayı dərsi də var.Həmin ayı dərilərini də deputata məcburi köçkün haradansa pay alıb verib

-Həmin deputatın paytaxtdan kənarda şadlıq sarayı var və qardaşı idarə edir

Araşdırmamız bitən kimi yaxın günlərdə həmin deputatın kimliyini və səs yazılarını  Azərbaycan ictimaiyyətinə təqdim edəcəyik.

Azbelediyye.az

Your email address will not be published.