Mingəçevirdə dövləti necə aldadırlar?-VİDEO

0 914

Mingəçevir şəhərinin Az.DRES adlanan hissəində yerləşən “İncilli” yaşayış massivindəki sakinlər icra başçısı İlham İsmayılovun biganə münasibətindən şikayətçidirlər.

Kanal32.az müraciət edən sakinlər bildirir ki,yaşadıları ərazinin yolu uzun illərdir bərbad vəziyyətdədir.Baxmayaraq ki,bir neçə dəfə dövlətimiz tərəfindən “Energetiklər”qəsəbəsinin və onun ətraf ərazilərindəki yaşayış yerlərinin abadlaşması üçün bir neçə milyon manat vəsait ayırıb.Ancaq bu vəsaitlərin şəffaf və aidiyyatı üzrə xərclənməsi xeyli sayda sullar doğurur.Bu sualların cavabını tapmaq isə olduqca ASAN və SADƏDƏDİR.Ona görə ki,Mingəçevir İstilik Elektirik Stansiyasından şəhərin “İncilli”dən keçərək Sağ Sahil istiqamətində gedən yol təxminən 300 metr  asfaltlanıb.Sonrakı hissə isə əvvəlki illərdə olduğu kimi qalıb.Amma,məsələnin ən biabrçı tərəfi ondan ibarətdir ki,yaxın günlərdə ölkə başçısı məhz həmin ərazidə aldadılacaq.Belə ki, Prezident Cənab İlham Əliyev Dövlət Rayonlararası İstilik Stansiyasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq və açılış mərasimi keçirəmək üçün Mingəçevirə səfər edəcək.Prezidentin keçəcəyi yoldan bir qədər uzaqda görünən məsafə asfaltlanıb ki,guya həmin ərazi də abadlaşıdırılıb.

Sakinlərin redaksiyamıza göndərdiyi videonu təqdim edirik:Baxın və qiymət verin!

Qeyd edək ki,Mingəçevir şəhərində dövlətin aldadılması,yalan məlumatların verilməsi,boğazdanyuxarı hesabtlarda əksini tapması və pulların aidiyyatı üzrə xərclənməməsi təkcə Az.DRES ərazisindəki biabırçılıqlarla yekunlaşmır.Cənab Prezidentin etimad göstərib icra başçısı təyin etdiyi İlham İsmayılov son hesabt iclasında deyyib ki,şəhərin A.Məmmədov küçəsinin asafat örtüyü tam yenilənib və müasir standarlara cavab verən yola çevirilib.

Bura A.Məmmədov küçəsidir.Bu yola diqqətlə baxın! Orta hissə nazik asfalat örtüyü,kənarlar isə sovet dönəmində vurulmuş asfalt.Bəli,bu Mingəçevirin analoqsuz inkişafının göstəricisidir.

Biz hələ hələ şəhərin yamaqlanmış hissələrindən danışmaq istəmirik.Yamaqlı küçələr və  üfunətə bürünmüş ərazilər haqqında isə bir neçə gün sonra…

Cəmi 3 juranlistlə əməkdaşlıq edən və müstəqil mətbuatdan qaçan Mingəçevir İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik…

Kanal32.az

Your email address will not be published.